Tarix : 2010 Dec 31
Kod 20395

ABŞ səfirliyi qərbyönümlü qəzet redaktorlarına ziyafət verib

29 dekabrda ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Kis Bin ölkənin bir sıra qərbyönümlü media quruluşlarının rəhbərlərinə ziyafət verib
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, 29 dekabrda ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Kis Bin ölkənin bir sıra qərbyönümlü media quruluşlarının rəhbərlərinə ziyafət verib. Ziyafət Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunub.

Məlumatda bildirilir ki, bayram ziyafətinə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu,"Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, APA-nın direktoru Vüsalə Mahirqızı, "Exo" qzəetinin baş redaktoru Rauf Talışinski və başqa KİV rəhbərləri qatılıblar.

 

“Aran” İA

 

  • Yazılıb
  • da (də) 2010 Dec 31