Tarix : 2010 Dec 31
Kod 20396

Yeni Günəşlidəki ''Fatiməyi-Zəhra (s.ə.)'' məscidinin sökülməsi qərarı rəsmən ləğv edildi

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki ''Fatiməyi-Zəhra (s.ə.)'' məscidinin sökülməsi ilə bağlı qərar ləğv edilmişdir
Azerbaijan servsi/Aran agentliyi

 Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki "Fatiməyi-Zəhra (s.ə.)" məscidinin sökülməsi ilə bağlı qərar ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəminin 29 dekabr 2010-cu il tarixli qərarına əsasən məscid QMİ-nin sərəncamına verilmiş, daha əvvəlki bədnam sökülmə qərarı ləğv edilmişdir.
Xəbəri arannews.ir-a təsdiqləyən "Fatiməyi-Zəhra (s.ə.)" məscidi dini icmasının rəhbəri Seyyid Tofiq Rəsizadə bildirmişdir ki, məscid söküntüsü rəsmən dayandırılmışdır. “QMİ sədri ilə görüşümüzdə onun bizə bildirdiyi kimi, rəsmi prosedurlar başa çatdıqdan sonra məscidin təmir-tikinti işlərinə başlanılacaq. Bu işlər başa çatdıqdan sonra məscid dindarların ixtiyarına veriləcəkdir”, - deyə Seyyid T.Rəsizadə “Dəyərlər”ə açıqlamasında bildirmişdir.
DEVAMM sədri Hacı İlqar İbrahimoğlu sözügedən qərarı müsbət dəyərləndirmişdir: "Əlbəttə ki, bu ağır mövzunun bitməsi, dini etiqad azadlığının bərpası - yalnız müsbət qiymətləndirilə bilıər. Ümid edirik ki, bu müsbət tendensiya inancla bağlı digər mövzulara, ilk növbədə də dindarları mənəvi sarsıntılara məruz qoyan məktəblərdə hicab məhdudiyyətinə də tezliklə şamil ediləcək".

  • Yazılıb
  • da (də) 2010 Dec 31