Tarix : 2010 Dec 31
Kod 20397

“Fələstin Dağlıq Qarabağ probleminin həllində Azərbaycanı dəstəkləyir”

Bizim Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyimiz açıqdır. Biz Azərbaycanı dəstəkləyirik. Bu münaqişə beynəlxalq hüquq və BMT-nin qəbul etdiyi qətnamələr əsasında həll olunmalıdır
Azerbaijan servsi/Aran agentliyi

APA-nın xəbərinə görə, bunu Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman deyib. “Biz istəyirik ki, problem sülh yolu ilə həll olunsun. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ probleminin həlli üçün səylərini artırmalıdır. Problem sülh yolu ilə həll edilməli, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar”.Səfir Azərbaycanla Fələstin arasında ikitərəfli əlaqələrin inkişafının tərəfdarı olduqlarını da vurğulayıb: “Fələstin Azərbaycanla ticarət sahəsində əməkdaşlığın inkişaf etdirməkdə maraqlıdır. Təəssüf ki, Fələstinin işğalına görə, bu əlaqələr məhdud xarakter daşıyır”. 
Diplomat onu da deyib ki, Fələstin Azərbaycanla tələbə mübadiləsi aparılmasının da tərəfdarıdır.

  • Yazılıb
  • da (də) 2010 Dec 31