Tarix : 2011 Jan 01
Kod 20400

Hacı Möhsün Səmədov: ''Bu onillikdə islam aləminə müxtəlif növlü səlib xarakterli yürüşlər təşkil...

“Bu əsrdə müqəddəslərimizə həqarət etməklə öz çirkin əqidələrini xalqlara sırımaqla onları öz əsarəti altında saxlamağa çalışdılar”
Azərbaycan servisi/Aran agentliyi

Üçüncü minilliyin ilk onilliyini yaşadıq. Bu onillikdə İslamla bağlı dünyada nələr baş verdi? Nələr daha əlamətdar oldu? Mövzu ilə bağlı fikirlərini bölüşərkən AİP-nın sədri, ilahiyyatçı-alim Hacı Möhsün Səmədov Deyerler.org-a bildirmişdir: “Bismillahir Rahmənir Rahim! Mən bütün əziz müsəlman qardaşlarımıza İmam Hüseyn (ə) şəhadəti münasibətilə başsağlığı verirəm. Bu illərdə İslam aləminə nəzər salsaq görərik ki, uzun illərdir Yaxın Şərqdə sionist İsrailin apardığı təcavüzkar siyasətə qarşı, Livanın cənubunun 20 ilə yaxın çəkən işğalından sonra azad olunması İslam aləminin böyük nailiyyətlərindən biri oldu. Həmçinin Fələstin xalqının da həm özünə etimad etməsi, həm də müsəlman dünyası ilə bərabər bütün dünyanı bu təcavüzə qarşı çıxmağa cəlb etməsi nəticəsində dünya xalqları İsraili cinayətkar kimi tanıdı. Qəzzadakı 22 günlük cinayətdən sonra sonra İsrailin baş naziri Ehud Olmert nəhayət ki, BMT tərəfindən hərbi cinayətkar kimi tanındı. Bunlarla yanaşı, İslamın düşməni olan ABŞ və onun müttəfiqləri də kənarda qalmamışdı.

İslam aləminə müxtəlif növlü səlib xarakterli yürüşlər təşkil etmək istəmişdilər və nəhayət 2001-ci ildə Səddam Hüseyni ortaya ataraq öz siyasətlərini yerinə yetirməyə başladılar ki, bunun da nəticəsində milyondan artıq iraqlı, yüzminlərlə əfqanıstanlı, minlərlə pakistanlı didərgin düşdülər. Bir milyona yaxın xanım dul qaldı, yüzminlərlə uşaq yetim qaldı. Əgər keçən əsrin sonlarında salman rüşdü kimilərindən istifadə edib İslama qarşı cinayətlər həyata keçirirdilərsə, bu əsrdə müqəddəslərimizə, müxtəlif karikaturaların vasitəsilə, müxtəlif kitabların yazılması ilə İslam həqiqətlərinə və İslam müqəddəslərinə həqarət etməklə öz çirkin əqidələrini xalqlara sırımaqla onları öz əsarəti altında saxlamağa çalışırdılar. Azərbaycanda isə 2000-dən bu tərəfə daha çox insan İslama tərəf istiqamət götürüb. Bu gün yüzminlərlə insan İslamla maraqlanır. Biz məscidlərə, müqəddəs məkanlara çoxlu sayda insanların üz tutmasını müşahidə edirik. Amma təəssüflər olsun ki, bu nailiyyətlər ölkə mətbuatında və televiziyada aparılan işin nəticəsi deyil. Əksinə Azərbaycan KİV-i Qərbin təsiri ilə İslamın əksinə təbliğat aparır. Nə Ramazan ayında, nə Məhərrəm ayında bu ayların hörməti televiziyada gözlənilmir. Türkiyədə Aşurada günü hətta qeyri-iş günü səviyyəsinə gətirilib çıxarılır, amma bizdə məscidlərin bağlanması, sökülməsi faktları, təhqir faktları meydana çıxır. Bu gün də hicab məsələsi ortaya atılıb. Dinin vacibatı hesab olunan hicab, əhalisinin böyük hissəsi müsəlman olan Azərbaycanda, onun mədəniyyətinin tarixi bir hissəsi, nişanəsi hesab olunan hicab məsələsi böyük bir problemə çevrilib. Bunların hamısı Qərbin təsirindəndir. Ümidvarıq ki, Azərbaycan xalqı bu maneələri keçəcək, heç bir xarici təsirlər bu xalqı haqq yolundan uzaqlaşdıra bilməyəcək”.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jan 01