Tarix : 2011 Jan 01
Kod 20402

Edvard Nalbəndyan: “Danışıqlar masasında 3 prinsip və 6 element var”

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ökləsinin İctimai televiziyasına 2010-cu ilin yekunları ilə ...
Azərbaycan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ökləsinin İctimai televiziyasına 2010-cu ilin yekunları ilə bağlı müsahibəsində bunları söyləyib: “2010-cu il ərzində Dağlıq Qarabağ məsələsində Ermənistanın konstruktiv, Azərbaycanın qeyri-konstruktiv yanaşması aydın göründü”.

Erməni nazirinin sözlərinə görə, Azərbaycan elə görüntü yaradır ki, guya, onu kimsə müdafiə edir: “Əslində Azərbaycan özünü beynəlxalq ictimaiyyətə qarşı qoyub. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan bütün beynəlxalq təşkilatlar, strukturlar, ölkələr Ermənistanın mövqeyi ilə üst-üstə düşən yanaşmalar nümayiş etdirir”.

Edvard Nalbandyan bildirib ki, hazırda danışıqlar masasında 3 prinsip və 6 element var. Onun sözlərinə görə, 6 element ATƏT-in Misnk qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatlarında öz əksini tapıb: “Beynəlxalq ictimaiyyət, vasitəsilər deyirlər ki, bu prinsiplər, elementlər və təkliflər uzun müddət işlənilib və bir vahid olaraq təqdim edilib. Bu prinsip və elementlərdən birinin digərlərindən ayrılması, ona digərləri üzərində üstünlük verilməsi səhvdir və qəbuledilməzdir. Ermənistan nə deyir? Ermənistan deyir ki, bu təkliflər, prinsiplər və elementləri danışıqlar üçün əsas kimi və vahid şəkildə qəbul edir. Yəni, biz beynəlxalq ictimaiyyəçtin dediyini deyirik”.

Edvard Nalbandyan hesab edirk i, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan beynəlxalq təşkilatlar, strukturlar və ölkələr Ermənistan tərəfindən səslənən mövqedən çıxış edirlər.

Beləliklə, bir daha erməni tərəfi Dağlıq Qarabağın Azərbaycana qaytarılması məsələsində inadkar işğalçılıq mövqeyini rəsmən dilə gətirib və bu mövqeyin beynəlxalq qurumlar tərəfindən də dəstəkləndiyini bəyan edib.

 

“Aran” İA

 

  

  • Yazılıb
  • da (də) 2011 Jan 01