Tarix : 2011 Jan 01
Kod 20403

“Salam” adlı gəmi asiyalıların yardımını Qəzzaya aparmaq üçün hazırdır

Misir ''Asiyadan Qəzzaya'' yardım karvanındakı iranlıları ərazisinə buraxmadı
Beynalxalq servisi/Aran agentliyi

"Yeni Şərq"in verdiyi məlumata görə, İsrailin qanunsuz olaraq Misirlə birlikdə blokadada saxladığı Qəzzaya humanitar yardım çatdırılması üçün müxtəlif Asiya ölkələrindən yola çıxan "Asiyadan Qəzzaya" karvanı Suriyanın Lattakiə şəhərində viza gözləməkdədir.

Artıq 100 tondan artıq dərman ləvazimatı, zəruri qida ehtiyyatı və 4 ədəd ambulans avtomobili gəmiyə yüklənib. "Salam" (Yəni sülh) adlı yük gəmisi Misirin "əl-Əriş" limanına doğru hərəkətə tam hazırdır. Ancaq gəmidə gedəcək 10 nəfər könüllüyə Misirin vizası gecikdiyindən gəmi yola düşə bilmir. Karvandan son məlumatları almaq məqsədilə "Asiyadan Qəzzaya" yardım karvanında təmsil olunan yeganə azərbaycanlı, "Yeni Şərq" Araşdırmalar Mərkəzinin əməkdaşı Hakim Əlizadə ilə əlaqə saxladıq.

Hakim Əlizadə bildirdi ki, "Artıq Qəzzaya doğru hərəkət etmək üçün hər şey hazırdır. Ancaq Misirə viza üçün təqdim edilən 155 nəfərlik syahıda olanların hamısına viza verilməyəcəyi bəlli olub. Günün sonunda isə aydın oldu ki, Misir hökuməti aralarında 7 millət vəkilinin də olduğu 20 İran vətəndaşına viza verməkdən imtina edib. Karvan daxilində yaradılan koordinasiya şurasında bu məsələni müzakirə etdik və qərara aldıq ki, Qəzzaya iranlı qardaş-bacılarsız gedək.

İnşallah gəmi sabah yola düşəcək. Ancaq gəmidə hansı ölkənin könüllərinin gedəcəyi hələ də bəlli deyil. Çünki bu məsələdə də Misir tərəfinin qərarını gözləyirik. Karvanın digər əsas hissəsi isə 2011-ci ilin yanvar ayının 2-də hərəkət edəcək. Doğrudur iranlıların Misirə buraxılmaması hamımızı kədərləndirdi. Amma məqsədli gecikdirməyə və İsrailin hədələrnə baxmayaraq heç kimsə karvandan ayrılmayıb. Əksinə, karvanda yüksək əhval-ruhiyyə hakimdir."

Xatırladaq ki, dekabrın ikisindən Hindistandan yola düşən karvan 27-də Qəzzada olmalıydı. Lakin Misirin karvana ərazilərindən keçərək Qəzzaya daxil olmasına icazə verməməsi səbəbindən yardımın ünvanına çatdırılması gecikir.

 

www.yenisharq.org

 

  

  • Yazılıb
  • da (də) 2011 Jan 01