Tarix : 2011 Jan 01
Kod 20425

İranlı deputat: ''Qarabağ bizim yaralı yerimizdir''

“İran parlamentində istər Dağlıq Qarabağ məsələsini və istərsə də Xocalı qırğınını dəfələrlə müzakirə etmişik
Azerbaijan servsi/Aran agentliyi

Bu sözləri APA-ya açıqlamasında Təbriz şəhərindən olan deputat, doktor Məhəmməd Hüseyn Fərhəngi deyib: “Qarabağ bizim yaralı yerimizdir. Orada şəhid olanları biz öz şəhidimiz kimi, yaralıları da yaralılarımız kimi qəbul edirik. İran Qarabağ məsələsinin həllində çox maraqlıdır. Ümid edirik ki, bu məsələ öz həllini tapacaq. Ermənistanın özünün fikir bildirmək qüdrəti olsaydı, bu məsələ asanlıqla öz həllini tapardı. Təbii ki, məsələnin iki ölkənin parlamentlərarası dostluq qrupunun vasitəsi ilə rəsmi müzakirəyə çıxarılması və eləcə də bu barədə İran və qeyri ölkələrin millət vəkillərinə dolğun məlumat verilməsi bu qrupun əsas işi olmalıdır. Hiss edirəm ki, bu sahədə süstlük var, bu məsələyə təkan vermək lazımdır”.Parsabaddan olan deputat Vəkil Sepəh isə APA-ya açıqlamasında Dağlıq Qarabağ münaqişəsinə münasibətini açıqlayıb: “Təkcə Xocalı qırğınını müzakirəyə çıxarmaqla məsələ həll olunmaz. Xocalı qırğını Qarabağ bölgəsində olan qırğınların biridir. Minsk Qrupu Qarabağ münaqişəsinin həlli üçün uzun illərdir çalışır. Əlbəttə bu bizim üçün aydın deyil. Kənar ölkələr bu məsələnin həllində maraqlı deyillər. Məsələnin həlli yalnız region ölkələrinin vasitəsi ilə ola bilər. İran həm Azərbaycana, həm də Ermənistana Qarabağ məsələsinin həllində vasitəçi olmağı təklif edib. Azərbaycan dövləti bu təklifi qəbul edib. Buradan məlum olur ki, qardaş Azərbaycan məsələnin həlli üçün bütün imkanlardan istifadə edir və etməyə hazırdır. Amma təəssüf olsun ki, Ermənistan bu təklifi qəbul etməyib”.

Deputat bildirib ki, münaqişə tərəfləri razılıq verəcəyi təqdirdə İran münaqişənin nizamlanmasında vasitəçilik edə bilər: “Biz bunun da haradan qaynaqlandığını bilirik. Ermənistanı özlərindən asılı vəziyyətdə saxlayan dövlətlər buna razılıq vermirlər. Ermənistanı tabeçiliyində saxlayan Rusiya, ABŞ və Minsk Qrupu ona bu icazəni vermirlər. Məncə Ermənistan öz sözünü demir. Onlar qorxurlar ki, İran Qarabağ probleminin həllində yaxından iştirak edər və onun adı yaxşı mənada hallanar. Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğu aydın məsələdir. İran Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öz səyini göstərəcək”.

  • Yazılıb
  • da (də) 2011 Jan 01