Tarix : 2011 Jan 01
Kod 20426

Tehran və Ərdəbil imam cümələri hicab qadağasını pisləndi

Tehranın cümə namazının bu həftəki xətibi Ayətullah Əhməd Xatəmi xütbəsində Azərbaycanda orta məktəblərdəki hicab qadağasına münasibət bildirib
Azerbaijan servsi/Aran agentliyi

Tehranın cümə namazının bu həftəki xətibi Ayətullah Xatəmi olub. Tehranın cümə namazının bu həftəki xətibi Ayətullah Əhməd Xatəmi xütbəsində Azərbaycanda orta məktəblərdəki hicab qadağasına münasibət bildirib.
O Azərbaycan hökümətinin hicaba qarşı addımlarını pisləyərək deyib ki, ikinci şiə ölkəsi olan Azərbaycanın höküməti müsəlmanlara qarşı bu təzyiqlərdən əl çəkməlidir.
“Biz Azərbaycanla qonşu olmaqla yanaşı oxşar cəhətlərimiz vardır. Şahın və Səddamın devrilməsinin əsas səbəbi onların öz xalqlarına qarşı törətdikləri zülm idi” deyən İmam Cümə Azərbaycan hökümətinin bu tarixdən ibrət almasının vacibliyini önə çəkərək bu qadağanın ləğv olunacağına ümidvar olduğunu bildirib.

 
 

Höccətülislam vəl muslimin Seyyid Həsən Amuli bu qadağanın Azərbaycanın düşmənlərinin sifarişi olduğunu deyib.
Ərdəbil şəhərinin İmam Cüməsi də hicab qadağasını tənqid edib. Seyyid Amuli sözlərinin davamında bu qadağa ilə Azərbaycanda hökümətlə xalq arasında soyuqluq yaradıldığını və bu işlərin arxasında Qarabağı ermənilərə həmişəlik hədiyyə etmək istəyənlərin durduğunu qeyd edib.
İmam Cümə sözlərinin sonunda deyib: "Biz Azərbaycanı özümüzə dost bilirik, sevirik. Buna görə bu sözləri dostcasına deyirik".

  • Yazılıb
  • da (də) 2011 Jan 01