Tarix : 2011 Jan 03
Kod 20431

İslamçı qəzetlər yardımlardan məhrum ediliblər

Bakı-Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə ...
Azərbaycan servisi/Aran agentliyi

Bakı-Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının 2011-ci il üçün KİV-ə dəstək siyahısında islamçı və müstəqil mətbuat orqanlarının adları qeyd olunmayıb.

Yerli mənbələr bildiriblər ki, KVİDF-nin Müşahidə Şurası iclas təşkil edərək, 2011-ci il üçün 596000 manatlıq KİV-ə dəstək büdcəsini qəbul edib.

KİV-ə dəstək siyahısında əksər dövlət, qərbyönlü və millətçi qəzetlərin o sıradan Bakı Xəbər, Ayna, Həftə İçi, Yeni Müsavat, Yeni Azərbaycan, Azadlıq qəzetləri və Azər Nyus xəbər agentliyinin adının yer aldığı bir halda islamçı və müstəqil mətbuat orqanlarının adlarına yer verilməyib.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev də ötən iyul ayının 22-də bu ölkədə Mətbuat Günü münasibəti ilə prezident yanında ehtiyat fondundan mətbuat orqanları üçün 1 milyon manat dəyərində yardım ayırmışdı ki, o zaman da islamçı və müstəqil qəzetlərin adları yardım alan KİV-lər arasında yer almamışdı.A-10 

  • Yazılıb
  • da (də) 2011 Jan 03