Ötən gün Rusiya Federasiyasının Surqut şəhərindən Moskvaya uçan Tu-154 markalı təyyarə yerli vaxtla saat 15:20-də (Bakı vaxtıyla 14.20) Surqut hava limanına məcburi eniş edib
Rusiya servisi/Aran agentliyi
Ötən gün Rusiya Federasiyasının Surqut şəhərindən Moskvaya uçan Tu-154 markalı təyyarə yerli vaxtla saat 15:20-də (Bakı vaxtıyla 14.20) Surqut hava limanına məcburi eniş edib. ANS PRESS “Vesti.ru” saytına istinadən xəbər verir ki, buna səbəb təyarrənin turbinində baş vermiş yanğın olub. Enişi həyata keçirəndən sonra təyyarənin içində olan 116 sərnişin evakuasiya olunub. Az sonra təyyarədə partlayış baş verib və yanğın başlayıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 40 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qeyd edək ki, hava limanı yerli vaxtla saat 17.20-də öz fəaliyyətini bərpa edib. Saytın məlumatına görə, xəsarət alanların və dünyasını dəyişənlərin arasında azərbaycanlı yoxdur.