İlqar Hacıyev isə Moskvada azərbaycanlılarla bağlı narahatlığa heç bir əsas oladığını deyir
Rusiya serviSİ/Aran agentliyi
Yeni ilin gəlişi Rusiyada yaşayan həmvətənlərmiz üçün o qədər də uğurlu başlamır. Yanvarın 1-dən etibarən Rusiya ərazisində əməkçi miqrantlarla bağlı bu ölkənin Nazirlər Kabinetinin yeni qərarı qüvvəyə minir. Qərara görə əcnəbi miqrantlar artıq ötən gündən açıq məkanlarda, küçə və bazarlarda ticarətlə məşğul ola bilməyəcəklər. Bu vəziyyət on minlərlə soydaşımızın büdcəsinə birbaşa təsir deməkdir. Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva nümayəndəlriynin rəhbəri İlqar Hacıyev ciddi narahatlıq üçün əsas görmür. “Biz də müraciətlərimizlə bildirəcəyik ki, qanun pozuntusuna yol verməsinlər. Həmvətənlərimiz qanun çərçivəsində nəyə icazə verilirsə, tikinti, alış veriş və s. o işlə məşğul olsunlar. Bəzi qadağalar var. Miqrantların tam şəkildə işdən ayrılacağına inanmırıq. Moskva və digər şəhərlərdə miqrantlar öz yerlərini tutublar. Təbii ki, onlarsız Moskva heç cür təsəvvür oluna bilməz. Azərbaycanlılara hörmət olunur. Orada heç bir problemləri yoxdu. Heç bir qarşıdurmaya qatılmırlar”.