Tarix : 2011 Jan 03
Kod 20451

Dünya Əhli-Beyt cəmiyyətinin sədri hicab məsələsinin həlli üçün Azərbaycan Respublikasının prezid...

Azərbaycandakı hicab qadağası dünya müsəlmanlarını narahat etməkdədir.
Azərbaycan servisi/Aran agentliyi

Artıq dünyanın bir çox yerində Azərbaycanın orta məktəblərində tətbiq edilən hicab qadağası tənqid edilməkdədir. İslam-Azeri.az İnternet qəzetinin "Əhli-Beyt" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu günlərdə Azərbaycan İslam Partiyasının sabiq sədri Hacı Əlikram Dünya Əhli-Beyt cəmiyyətinin sədri Höccətülislam vəl muslimin Muhəmməd Həsən Əxtərinin qəbulunda olub. Görüş zamanı Əxtəri Azərbaycandakı problemlərdən xəbərdar olduğunu bildirərək bu şeylərin onları narahat etdiyini önə çəkib. 100-ə yaxın dövlətlə əməkdaşlıq edən Dünya Əhli-Beyt cəmiyyətinin sədri Höccətülislam vəl muslimin Muhəmməd Həsən Əxtəri sonda hicabla bağlı narahatçılığını və bu məsələnin həlli üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə xahiş məktubu ünvanlayacığını və Allahın köməkliyi ilə bu məsələnin həll olacağına ümidvar olduğunu bildirib. 

  • Yazılıb
  • da (də) 2011 Jan 03