Məfkurətül-islam internet saytının verdiyi məlumata əsasən Türkiyə universitetləri özlərinin internet saytlarında '' tələbə bələdçi'' bölmələrində ...
Türkiyə servisi/Aran agentliyi
Hicablı tələbələrin Türkiyə universitetlərinə daxil olmalarına icazə verilib.
Məfkurətül-islam internet saytının verdiyi məlumata əsasən Türkiyə universitetləri özlərinin internet saytlarında " tələbə bələdçi" bölmələrində qızların universitetlərə daxil olması şərti olan baş-örtüsündən istifadə etməmək şərtini ləğv ediblər.
Bu elə bir haldadır ki Türkiyənin məhkəmə sistemi 2010-cu ilin oktyabrında bu ölkə hökumətinin Türkiyənin təhsil ocaqlarında hicaba qarşı qadağanın ləğv edilməsi üzrə səylər haqda rəsmi Ankaraya xəbərdarlıq etmişdi.
Türkiyənin Baş Prokurorluq ofisi bildirmişdi ki, tələbələrin hicabdan istifadə etməsi Türkiyədə sekular quruluş və bu ölkənin konstitusiyası ilə ziddiyyətdədir. Türkiyənin Konstitusiya Məhkəməsi də bu ölkə parlamentinin 2008-ci ildə təhsil ocaqlarında hicabın qadağasının ləğvi üzrə qanun layihəsini tam şəkildə ləğv edibdir.
Siyasi təhlilçilər bəzi müxalifətlərə rəğmən 2011-ci ilin Türkiyə universitetlərində hicabın sərbəst olması ili olacağına inanırlar.M-14