Bu sözlər fantaziyalar sırasında yer alır və Azərbaycan Respublikası rəsmiləri arasında yeni fenomen hesab olunmur. Həqiqətdə, bu onların problemidir ki, bu sahədə çatışmazlıq hiss edirlər
Azərbaycan servisi/Aran agentliyi
Tehran-İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri özünü dünya azərbaycanlılarının rəhbəri adlandıran Azərbaycan Respublikası prezidentinin son sözlərinə reaksiyada deyib: "Bu sözlər fantaziyalar sırasında yer alır və Azərbaycan Respublikası rəsmiləri arasında yeni fenomen hesab olunmur. Həqiqətdə, bu onların problemidir ki, bu sahədə çatışmazlıq hiss edirlər".
İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi deyib: "İran İslam Respublikasında azərilər mühüm məsuliyyətlərə malikdirlər və iranlı olmaları ilə fəxr edirlər".
Ə.Brucerdi əlavə edib: "İslam İnqilabının Böyük Rəhbəri tərəfindən irəli sürülən milli birlik strategiyası bizim üçün mühüm və ciddi strategiyadır. Və xoşbəxtlikdən bizim ictimaiyyətimizin daxili, xüsusilə də azərilər Vilayəti-Fəqih prinsipini fəxrlə əsas götürürlər. Bu müxtəlif zamanlarda tam aydın formada nümayiş etdirilib".
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri həmçinin deyib: Beləliklə İran azərilərinin başqa bir yerdən təsir almaları haqdakı xəyallar heç bir vəchlə gerçəklikləri əks etdirmir.
"Biz dünyanın müxtəlif ölkələrində xalqların İran İslam Respublikasına eşq və məhəbbət ilə yanaşmalarının şahidiyik. Bu isə fantaziyalara əsaslanan bu kimi sözlərə ən yaxşı cavab sayılır"-deyə Brucerdi qeyd edib.
Əlaəddin Brucerdi əlavə edib: Ölkəmizdə yaşayan müxtəlif etnoslar milli birlik olan böyük bir ilahi nemətə malikdirlər və islami İranı sevirlər.
İran Parlamentinin Komissiya sədri deyib: Biz ölkə daxilində problemə malik deyilik. Əgər sərhədlərdən kənarda, digər ölkələrdə hansıas problem varsa, onlar digər ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipinə riayət yolu ilə öz məsələlərini həll etməlidirlər.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev bu ölkədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü adlandırılan 31 Dekabrda etdiyi çıxışında özünü dünya azərbaycanlılarının rəhbəri qələmə verib.
İlham Əliyevin Bakı mediaları tərəfindən yayımlanan müraciətində deyilir: Əziz həmvətənlər! Hörmətli soydaşlar!....Müstəqil Azərbaycan dövlətinin varlığı dünya azərbaycanlıları arasında milli birliyin gücləndirilməsi və soydaşlarımızın təşkilatlandırılması üçün geniş imkanlar yaradır.Bu istiqamətdə xaricdə yaşayan soydaşlarımız ölkəmizin inkişafı və yaşanan problemlərin həlli üçün səy göstərirlər.Bu köməklərin səmərəli olması üçün diasporanın təşkili məsələsi önəmlidir və bu məsələyə hərtərəfli yardım etmiş olur.
İlham Əliyev həmçinin müraciətinin davamında bildirib ki, yeni milad ilində sözdə Dünya Azərbaycanlılarının 3-cü Konqresi Bakı şəhərində keçiriləcək.A-14