Nardaran ağsaqqallarından biri hicab haqda Azərbaycan Respublikası prezidentinə 2500 imzaya malik olan bir məktubun hazırlanmasından xəbər verib
Azərbaycan servisi/Aran agentliyi
Nardaran ağsaqqallarından biri hicab haqda Azərbaycan Respublikası prezidentinə 2500 imzaya malik olan bir məktubun hazırlanmasından xəbər verib.
Nardaranın Rəhimə Xanım ziyarətgahının məsul şəxsi olan Ədalət Əlizadə Turan xəbər agentliyi ilə müsahibədə bu haqda deyib:" Bu məktubda Azərbaycan Respublikası prezidentindən, hicaba qarşı qeyri-qanuni qadağanı ləğv etməsi istənilib".
Ədalət Əlizadə öz sözlərinin davamında hicab qadağasının İslam düşmənləri xüsusilə Amerika və sionist rejimin Azərbaycan R-a zərbə vurmaq üzrə fitnəkar planı olduğunu da bildirib.
" Hegemonçular hər bir ölkəyə hakim kəsilmək üçün ilk olaraq o ölkənin mənəviyyatını məhv etməyə çalışırlar. Hicabla mübarizə isə bu məsələdən mənşə alır"-deyə Nardaranın Rəhimə Xanım ziyarətgahının məsul şəxsi bildirib.
Ədalət Əlizadə Azərbaycan R-da hicaba qarşı qadağa üzə qərarın Azərbaycan Respublikası prezidentinin xəbəri olmadan çıxarıldığını vurğulayaraq deyib: "Azərbaycan Respublikası prezidenti bir müddət öncə Nardaran ziyarətgahı üçün əlavə torpaq sahəsinin ayrılmasına göstəriş verib".
Təqribən bir aya yaxındır ki, Azərbaycan Respublikasında vahid məktəbli geyimi layihəsinin icrası bəhanəsi ilə ölkənin konstitusiyasına və təhsil qanununa zidd bir hərəkətdə hicablı məktəblilərin təhsil ocaqlarına daxil olmalarının qarşısı alınır.
Bundan öncə Azərbaycan Respublikasının ictimai qurumları və tanınmış islamçı simaları ölkə prezidentinin məsələyə müdaxilə etməsini istəyiblər. Amma Azərbaycan Respublikası prezidentinin sükutunun ardınca təhsil naziri Misir Mərdanov hicab qadağasının davamına təkid edib.M-14