Tarix : 2011 Jan 04
Kod 20473

Türkiyədən Azərbaycana etirazlar artmaqdadır

Vaxtıyla hicab qadağasının acısını dadmış, nəhayətdə onu aradan qaldırmış Türkiyədə Azərbaycan Respublikasının orta məktəblərində hicaba qoyulan qadağaya etirazlar artmaqdadır
Azərbaycan servisi/Aran agentliyi

Vaxtıyla hicab qadağasının acısını dadmış, nəhayətdə onu aradan qaldırmış Türkiyədə Azərbaycan Respublikasının orta məktəblərində hicaba qoyulan qadağaya etirazlar artmaqdadır.

İslam-Azeri İnternet qəzetinin verdiyi xəbərə görə, Türkiyənin Ankara, Van və Sakarya şəhərlərində keçirilən aksiyalarda Azərbaycan Respublikasındakı hicab qadağası pislənilib.

Ankaranın dini etiqad və vicdan azadlığı layihəsi çərçivəsində keçirilən aksiyada İHH təşkilatından Serkan Codal Azərbaycan Respublikasındakı hicab qadağasını təqnid edərək deyib: "Azərbaycan Respublikası rəhbərliyinin məscidlərdə azan qadağası ilə başlayan zülmü məktəblərdə hicab qadağası ilə davam etməkdədir. Bu qadağaların digər sahələrə şamil olunacağı da təşviş doğurur. Azərbaycan hökuməti tez bir zamanda səhvini düzəltməlidir. Təhsil hüququ və dini etiqad azadlığı önündəki maneələrin beynəlxalq razılaşmalar və Azərbaycan Konstitusiyası ilə mühafizə edilməsi kağız üzərində qalmamalıdır".

Van şəhərindəki aksiyada Azərbaycan Respublikasındakı hicab qadağası tənqid edilib. Tədbir zamanı qəbul edilən mətbuat açıqlamasında deyilir: "Vanın hüquq və azadlıq müdafiəçiləri olaraq Azərbaycan Respublikasındakı hicab qadağasını pisləyirik. Zalımların zülmü bitənə qədər bu meydanda olacağımızı, haqq və azadlıqlar müdafiəçiləri olacağımızı buradan bir daha təkrarlayırıq".

Sakaryada da Azərbaycan Respublikasında hicab qadağasına etiraz edənlər qətnamə qəbul edib bildiriblər: "Azərbaycan Respublikasda hicab qadağası ilə tanış oldu. Minlərlə müsəlman azərbaycanlı buna etiraz olaraq küçələrə axın etdi. Xalqımız çox gözəl anlayır ki, istər Türkiyədə, istərsə də Azərbaycanda bu qadağaların arxasında dünyanın imperialist qüvvələri dayanır. Amma istənilən halda həm Azərbaycanda, həm də bütün dünyada şeytanpərəst qüvvələr məğlubiyyətə uğrayacaqlar. Allahın dostları isə istənilən halda qalib gələcəklər".

Aksiyalar zamanı 2010-cu il mayın 31-nə keçən gecə İsrailin dəniz quldurlarının Qəzzaya humanitar yardım aparan "Mavi Marmara" gəmisinə basqını pislənib. Bu cinayət zamanı qətlə yetirilən 9 türkiyəlinin xatirəsi yad edilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin hicaba qarşı tətbiq etdiyi qadağaya etiraz aksiyalarına Türkiyənin aşağıdakı təşkilatları fəal şəkildə qatılıblar:

GÖKKUŞAĞI DERNEĞİ, İNSAN-DER, MAZLUM-DER, MEMUR-SEN, UMUT IŞIĞI DERNEĞİ, ERDEM-DER, ANADOLU GENÇLİK DERNEĞİ, VAN İMAM HATİP MEZUNLARI VE MENSUPLARI DERNEĞİ, VAN KARDELENLER KADIN DERNEĞİ 

  • Yazılıb
  • da (də) 2011 Jan 04