Tarix : 2011 Jan 04
Kod 20492

“Asiyadan Qəzzaya” humanitar yardım karvanı nəhayət Qəzzaya daxil oldu

Asiyadan 15 ölkənin sülhsevər nümayəndəsinin qatıldığı “Asiyadan Qəzzaya” adlı yardım karvanında Azərbaycanı “Yeni Şərq”in eksperti Hakim Əlizadə təmsil edir
Beynalxalq servisi/Aran agentliyi

“Yeni Şərq”in verdiyi məlumata görə, İsrail rejiminin blokadasında olan Qəzzaya humanitar yardım çatdırmaq və blokadanı yarmaq məqsədilə yola çıxan “Asiyadan Qəzzaya” adlı humanitar yardım karvanı nəhayət ki bu gün Qəzza zolağına daxil oldu. Saatlarla Misir limanına eniş icazəsi gözləyən karvan üzvlərinə nəhayət humanitar yardımı Qəzzaya çatdırmaq izni verildi.

Asiyadan 15 ölkənin sülhsevər nümayəndəsinin qatıldığı “Asiyadan Qəzzaya” adlı yardım karvanında Azərbaycanı “Yeni Şərq”in eksperti Hakim Əlizadə təmsil edir.

 

“Yeni Şərq” 

  • Yazılıb
  • da (də) 2011 Jan 04