Tarix : 2011 Jan 05
Kod 20512

Müctehidin hökmünü kim necə izah edir?!

“Allah dogru yola yönəltsin” deyirik
Azerbaijan servsi/Aran agentliyi

Mən bildiyimə görə insan tutduğu peşəsindən asılı olmayaraq hər bir şeydən əvvəl insandır.İnsan isə Allahın ona bəxş etdiyi mənəvi dəyərlərin: ədalət, namus, həya v.s kimi keyfiyyətləri özündə daşıyır. Elələri də var ki, bu insani dəyərləri unudub və Allahın müqəddəs ayələrinin təbirincə desək “onlar dördayaqlı heyvanlar kimidirlər,bəlkə onlardanda aşağı səviyyədədirlər”. Azərbaycan xalqının adından “Xalq cəbhəsi” qazeti deyərək Azərbaycan müsəlmanlarının alimi və Azərbaycan xalqının mənəvi dəyərlərindən sayılan hicab, namus məsələsini bu tərzdə təhqir edən Cavid və onun himayədarı  Abdullah Əmir Haşimi kimilərə nə ad verək? Hicab Allahın müsəlmanlara əmr etdiyi hökmdür və müsəlman sayılan hər bir kəs istər alimi, istərsə də qeyriləri bu hökmü sevərək ona əməl etməlidirlər. Bu hökmə qarşı çıxan hər bir kəs Allahın qüdrətinin müqabilində özünü qüdrət bilmək istəyənlərdir. Belələri bütün dövrlərdə olduğu kimi istəklərinə yetmədilər və buna misal olaraq Firon, Nəmrud, Müaviyyə,Yəzid,Salman Rüşdü, Bob Ould,  (Günay) qazetinin müxbiri olan Fazil, Canaz.tv-nin müxbiri qaradağlı Babək kimilərin yolunu gedən qeyriləri də öz arzularına çatmadılar çünki onların istədikləri Allahın nurunu yer üzündən aparmaq idi bunada Allah heç vaxt imkan verməz və bunun üçün çalışanlarda həmişə bəlaya düçar olublar və olacaqlar. Bu məsələ Allahın müqəddəs ayəsində öz təstiqini tapıb: “Onlar Allahın nurunu (İslam ayinlərini) öz ağızları (öz iftiraları və şərr sözləri) ilə söndürmək istəyirlər. Kafirlər küfr etsələr belə Allah öz nurunu (qüdrətiylə) tamamlayacaqdır.”   Bu yaxınlarda islam aləmindən, milli mənəvi dəyərlərdən xəbəri olmayan bir mənəviyyatsızın biri böyük islam alimi haqqında dərc etdiyi məqalədə, böyük alim Hz.Ayətullah Müctehid Məkarim Şiraziyə (Xalq cəbhəsi) qəzetinə müsahibə vermiş, Güney Azərbaycan konqresinin sədri Abdullah Əmir Haşimi (Cavanşir) iftiralar yağdırdı.Onun dediyinə görə guya İran Azərbaycanı Hicaba qarşı etdiyi zülmlərə görə hədələyib. İftiranın özü yalan deməkdir.çünkü Hz.Ayətullah Müctehid Məkarim Şirazi belə deyib: Nəzərə alsaq ki, Azərbaycan Cümhuriyyəti tam İslam məmləkətidir və onun əhalisinin əksəri müsəlman, Əhli-beyt (ə) məktəbinin davamçısıdır, vacibdir ki, bu ölkədə İslam hökmləri, o cümlədən də hicaba riayət edilsin. Xalq dinc yollarla dövlətin hicabla bağlı bu antiislam göstərişinə qarşı müqavimət göstərməlidir. İcazə verməməlidirlər ki, bu müsəlman ölkəsində İslam əleyhinə qarşı addım atılsın. Əlbəttə ki, müsəlman qızlar öz təhsillərini davam etdirməlidirlər. Eyni zamanda qeyrətli Azərbaycan xalqı hicaba qarşı belə bir yanlış göstərişlə razılaşmamalıdır.Bu müsahibəyə nəzər saldıqda açıq-aydın görünür ki, Hz.Ayətullah Müctehid Məkarim Şirazi haqqında (Abdullah Əmir Haşiminin müsahibəsinə fikir bildirən,  Xalq Cəbhəsi qəzetinin müxbiri Cavidin yazdığı Məkarim Şirazi İranda törətdiyi qanlı cinayətləri Azərbaycan Respublikasındada Hicab pərdəsi arxasındada təkrarlamaq niyyətindədir) başlığının səhv informasiya olduğunu təsdiqləyir. Bu isə iftira və tərbiyəsizlikdir. Bu tərbiyəsiz heç bilmir ki Azərbaycan xalqını aldadıb və qarşıdurmaya zəmin yaradır. Qanlı cinayətin törənməsinə gəldikdə isə belə tərbiyəsizlərin yazdıqları məqalələrin  səbəbindən Fələstində, Qəzzada, İraqda, Livanda, Kəşmirdə, Pakistan və s. müsəlman ölkələrində insanlar arasında qarşıdurma yaranır və günahsız insanların qanları nahaq axıdılır. Belə mənəviyyatı olmayan, insani dəyərləri hesaba almayan tərbiyəsiz yazarlar müxbir peşəsinə ləkə gətirməsi azmış kimi öz toxunulmazlıqlarından istifadə edib iftiraları ilə başqa günahsız insanlara ləkə yaxmağa çalışırlar.O, kəslər bilsinlər ki, İslam inancına əsasən alimini təhqir edən şəxslər birbaşa peyğəmbəri,  Peyğəmbəri təhqir edənlər isə, birbaşa Allahın hökmünə qarşi çıxan, Allahla düşmənçilik edənlərdəndirlər.   “Allah dogru yola yönəltsin” deyirik.

  • Yazılıb
  • da (də) 2011 Jan 05