Tarix : 2011 Jan 05
Kod 20515

ATV telekanalında inqilab

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən yayımlanan ATV telekanalında ciddi strateji kurs dəyişikliyi baş verib
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən yayımlanan ATV telekanalında ciddi strateji kurs dəyişikliyi baş verib. Belə ki, əsasən, əyləncəli, şou-biznes telekanalı kimi tanınan ATV bu ildən etibarən mədəniyyət xəbərlərinə, daha ciddi verilişlərə üstünlük verəcək. Bundan başqa, bu ildən etibarən ATV-nin loqosu, dizaynı, kompüter qrafikası da dəyişiləcək.

Məlumata görə, islahatlar telekanalın həm də verilişlərində və onların məzmununda da aparılacaq. Belə ki, bir neçə verilişlərin dayandırılması, bəzilərinin adının, məzmununun dəyişdirilməsi nəzərdə tutulur.

Telekanalın şou-biznes məzmunlu, qalmaqallı verilişlərinin sayının azaldılması, mahiyyətcə daha ciddi proqramlar və mədəniyyət xəbərləri ilə əvəzlənməsi gözlənilir.

Qeyd edək ki, indiyədək telekanalın loqosu massonların nişanələrini xatırladan əlamətlərə malik idi və bu haqda bir çox tənqidçilər fikir səsləndirmişlər.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2011 Jan 05