Tarix : 2011 Jan 05
Kod 20516

Müsavat partiyasından istefa verən funksionerlər bəyanat yaydılar

4 yanvarda Müsavat Partiyasından istefa verdikləri məlum olan professorlar - Qabil Hüseynli və Adil Qeybulla birgə bəyanat yayıblar
Azerbaijan servsi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, 4 yanvarda Müsavat Partiyasından istefa verdikləri məlum olan professorlar - Qabil Hüseynli və Adil Qeybulla birgə bəyanat yayıblar. Bəyanatda deyilir:

“Uzun illər sıralarında olduğumuz, bərpasında, inkişafında və cəmiyyətdə nüfuzunun artmasında xidmətlərimiz olan Müsavat Partiyaları sıralarından istefa verdiyimizi dərin təəssüf hissi ilə bəyan edirik. Mənəvi-etik səbəblərdən istefamızın səbəbləri üzərində dayanmağı lüzum bilmirik və bunu zamanın və tarixçilərin öhdəsinə buraxırıq.

Partiya sıralarından istefa versək də, siyasi fəaliyyətimizi davam etdiririk və böyük Məhəmməd Əmin Rəsulzadənin əsasını qoyduğu ideyalara sadiq qaldığımızı bir daha təsdiq edirik. İlk vaxtlar “Müsavat irsi və müasirlik” adlı ictimai-siyasi qurum yaratmaqla siyasi maarifləndirmə istiqamətində fəaliyyətimizi davam etdirmək niyyətindəyik”.

Xatırladaq ki, bir qədər əvvəl partiyanın rəhbər orqanlarında təmsil olunan Sülhəddin Əkbər və İbrahim İbrahimli də Müsavatdan istefa verib, partiya sıralarını tərk etmişlər.

Ekspertlər bildirirlər ki, artıq Müsavat partiyası tənəzzül dövrünü yaşayır və partiyadan qopma prosesləri bundan sonra daha da intensivləşəcək.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2011 Jan 05