Tarix : 2011 Jan 05
Kod 20522

Türkiyədən hicab qadağasına etiraz

Azərbaycanın təhsil müəssisələrində hicaba qoyulan qadağaya etiraz əlaməti olaraq Türkiyədə izdihamlı yürüş keçirilib
Azerbaijan servsi/Aran agentliyi

İslaminsesi.az-ın verdiyiməlumata görə, Azərbaycanın təhsil müəssisələrində hicaba qoyulan qadağayaetiraz əlaməti olaraq Türkiyədə izdihamlı yürüş keçirilib. "İsra" MədəniyyətMərkəzinin təşkil etdiyi aksiyaya İstanbulun Ağa məscidində qılınan namazdansonra start verilib.
Yürüş Taksim meydanına qədər davam edib. Aksiya iştirakçıları təkbirlər deyərək, "Hicaba uzanan əllər kəsilsin!", "Bakıyasalam, müqavimətə davam!", "İslam ümməti qəbul etməz zilləti!", "Hər yerKərbəla, hər gün Aşura!", "Müsəlman zülmə boyun əyməz!", "Kədərlənmə, üzülmə, Allah səninlə!", "İslam - dinimiz, azadlıq - yolumuz!" şuarlarısəsləndiriblər.
Azərbaycanda hicaba qoyulan qadağaya etiraz edəntürkiyəlilər əllərində "Azərbaycanda edilən zülmləri və hicaba qoyulan qadağanıpisləyirik!", "Yaşasın Azərbaycan hicab müqavimətimiz!", "Müqavimət göstər, Allah səninlə!", "Hər Firona bir Musa, hər Yezidə bir Hüseyn!" plakatlarıdaşıyıblar.
Aksiyanın sonunda İsrail bayrağı yandırılıb.

  • Yazılıb
  • da (də) 2011 Jan 05