Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu “Nabucco” qaz kəməri layihəsinin perspektivinə inanır
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə,Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu yanvarın 13-14-də Bakıya səfər edəcək.
Rusiyanın “RİA Novosti” informasiya agentliyi məlumat yayıb ki, dünən mətbuat konfransı keçirən Avropa Komissiyasının prezidenti “Nabucco” kəmərini mavi yanacaqla təchiz edəcək Azərbaycan və Türkmənistana gələn həftə səfər edəcəyini bildirib. O, bunları söyləyib: ”Mən “Nabucco” layihəsinin reallaşdırılması istiqamətində tərəqqi əldə olunacağına ümid edirəm İnanıram ki, bu uğurlu tarix olacaq”.
Joze Manuel Barrozu səfər çərçivəsində Azərbaycan və Türkmənistan rəsmiləri ilə bu layihənin həyata keçirilməsi ətrafında müzakirələr aparacağını deyib.
“Aran” İA