Əfv Komissiyasının siyahısı artıq prezidentə təqdim olunub. Mənə elə gəlir ki, prezident həmişəki kimi, bu dəfə də siyahıya diqqətlə yanaşacaq.
Azerbaijan servsi/Aran agentliyi
APA-nın xəbərinəgörə, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Əfv Komissiyasınınüzvü, millət vəkili Elmira Axundova deyib. E. Axundova siyahıda çoxlu saydaşəxsin adının olduğunu bildirib: “Bu, kütləvi əfvlərdən biriolacaq”.
Komissiya üzvünün sözlərinə görə, əfv olunacaq şəxslər arasındaməişət zəminində cinayət törədən şəxslər, yol-nəqliyyat hadisələri törədərəkazadlıqdan məhrum edilənlər, İnzibati Xətalar Məcəlləsini pozanların adları olabilər. E. Axundova əfv olunacaq şəxslərin arasında qadınların da olacağınıaçıqlayıb: “Biz, adətən əfv fərmanlarında qadınların adlarına rast gəlmirik. Çünki qadınlar adətən daha ağır cinayət hadisələri törədirlər. Bu dəfə isətəxminən dörd qadının adı əfv siyahısına salınıb”.
Millət vəkili siyahıdaxarici vətəndaşların da adlarının olduğunu, onların sərbəst buraxılandan sonraAzərbaycanı tərk edəcəklərini açıqlayıb.