Müraciətə imza atan Nardaran sakinləri bildiriblər ki, onlar ölkə başçısının Təhsil Nazirliyinin qadağasına münasibət bildirəcəyinə ümid bəsləyirlər
Azerbaijan servsi/Aran agentliyi
Bakının Nardaranqəsəbəsinin 2500 sakini adından imzalanmış müraciət Prezident İlham Əliyevəgöndərilib. Nardaran sakinlərinin verdiyi məlumata görə, müraciətdə məktəblərdəhicaba qadağanın ləğvi xahiş olunub.
Müraciətə imza atan Nardaran sakinləribildiriblər ki, onlar ölkə başçısının Təhsil Nazirliyinin qadağasına münasibətbildirəcəyinə ümid bəsləyirlər.
Təhsil Nazirliyinin qərarına görə, şagirdlərorta məktəblərə yalnız vahid məktəbli geyimində gəlməlidirlər. Nazirliyin buqərarı hicab bağlayan qızların valideynləri tərəfindən narazılıqla qarşılanıb vəbununla bağlı artıq ölkənin ayrı-ayrı yerlərində bir sıra etiraz aksiyaları dakeçirilib. Buna baxmayaraq, Təhsil Nazirliyi qərarını dəyişməyəcəyini bəyan edib