Tarix : 2011 Jan 07
Kod 20532

Sərdar bəyin qohumu hicaba görə işdən çıxarıldı

Redaksiyamıza daxil olan məlumata görə ADP sədri Sərdar Cəlaloğlunun Xırdalan şəhəri, 1 saylı orta məktəbdə müəllimə işləyən bacısı qızı hicab taxdığına görə, işdən çıxarılıb
Azerbaijan servsi/Aran agentliyi

Redaksiyamıza daxil olan məlumata görə ADP sədri Sərdar Cəlaloğlunun Xırdalan şəhəri, 1 saylı orta məktəbdə müəllimə işləyən bacısı qızı hicab taxdığına görə, işdən çıxarılıb.
Bu barədə xəbəri Sərdar Cəlaloğlu təsdiqləyib. Partiya sədri qəzetimizə açıqlamasında bildirib ki, bacısı qızı biologiya müəlliməsi işləyib: «Hicab taxır. Onu məktəbə işə götürmüşdülər. Sonra həmin məktəbin direktoru işdən çıxarılmışdı. Bildiyim qədər köhnə direktor müəllimənin işə götürülməsi barədə sənədləri rəsmiləşdirməmişdi. Yeni direktor isə əvvəlkinin səhvlərini əsas tutaraq onu dərs demək hüququndan məhrum edib. Azərbaycanda qəribə durum var, məmurlar yerlərini dəyişdikdən sonra, özlərinə komanda yaratmaq niyyətilə işçilərin hüquqlarını kobud sürətdə pozurlar. Mənim bacım qızının işdən azad edilməsi qanunsuzdur. Ən azı Konstitusiyaya görə, vətəndaşlar məmurların nöqsanlarına və səhvinə görə, cavab vermirlər. Əksinə bu səhvə görə, məmurun özü məsuliyyət daşımalıdır”.
Sərdar Cəlaloğlu deyib ki, yaxın qohumunu məktəbə buraxmamaqla bağlı hətta dərs hissə müdirinin tərtib etdiyi bir sənəddə var: “Həmin sənəddə qeyd edilir ki, müəllimə hicab taxdığına görə, məktəbə buraxılmır. Ona məktəbdə hicab taxdığına görə həmişə irad tuturdular. Uşaqların hicab taxmamasının arqumenti olaraq vahid məktəbli formasını göstərirlər. Ancaq müəllimlər haqqında belə bir qanun yoxdur. ADP sədri bildirib ki, qanunsuzluqla bağlı olaraq Abşeron rayon Məhkəməsinə müraciət edilib.

"Bizim yol" qəzeti

  • Yazılıb
  • da (də) 2011 Jan 07