Ölkə başçısı Milli Məclisdən yaranmış problemlərin aradan qaldırılması və əhalinin narazılığını nəzərə alaraq çıxış yolunun araşıdırılıb...
Azerbaijan servsi/Aran agentliyi
FaktXeber.com-a etibarlı mənbəyə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Milli Məclisə müraciət edərək ölkədə orta məktəblərdə yaranan hicab probleminin müsbət həll edilməsi üçün tapşırıq verib. Azərbaycan Təhsil Nazirliyinin ölkədə yaratdığı süni hicab problemindən yarana biləcək ciddi və kütləvi etirazların qarşısını almaqdan ötrü, ölkə prezidenti İlham Əliyev ölkə parlamenti və müvafiq orqanlara bu barədə göstəriş verib. Ölkə başçısı həmçinin Milli Məclisdən yaranmış problemlərin aradan qaldırılması və əhalinin narazılığını nəzərə alaraq çıxış yolunun araşıdırılıb tapılması üçün müzakirələrin aparılmasını tələb edib.
Qeyd edək ki, artıq bir aydan çoxdur davam edən hicab problemi, Azərbaycanda minlərlə insanın etirazına səbəb olub. Bundan əlavə qonşu ölkələrdə də ictimaiyyət nümayəndələri Azərbaycandakı hicab qadağasını etirazla qarşılayıb.