Tarix : 2011 Jan 08
Kod 20550

Bir üzü gülən, bir üzü ağlayan gün

Bu gün hicri-şəmsi təqvimlə dey ayının 17-sidir – İranın xəyanətkar şahı Rza Xanın hicaba qadağa qoyduğu gün!
Azerbaijan servsi/Aran agentliyi

Bu gün hicri-şəmsi təqvimlə dey ayının 17-sidir – İranın xəyanətkar şahı Rza Xanın hicaba qadağa qoyduğu gün!
Müasir dövrdə İslam düşmənlərinin ən rəzil layihələrindən biri hicabın səhnədən çıxarılmasıdır. Britaniyanın dəstəyi ilə 1921-ci ildə qiyam vasitəsilə hakimiyyəti ələ keçirən İran şahı Rza Xan şahlıq fəaliyyətinə bu müsəlman məmləkətində anti-islam addımlarla başladı.
1929-cu il, şəmsi təqvimlə 6 dey günü İran məclisi qalstuk və şapka kimi avropa geyimlərini zəruri edən qanun qəbul etdi. 1935-ci ildə Türkiyədə səfərdə olan Rzaxan Atatürkün anti-islam layihələrindən məmnun qalıb geri qayıtdıqdan sonra hicaba qadağa istiqamətində fəaliyyətlərini gücləndirdi. Elə həmin il bəhmən ayında Tehran universitetinin açılışında qızlara hicabı atmaq göstəriş verildi. İran xalqı səsini qaldırdı, ölkəni etiraz dalğası bürüdü. Gövhərşad məscidində şahın anti-islam göstərişinə etiraz edənlər qanına qəltan edildi. Bu faciədən 6 ay sonra 1936-cı il, şəmsi təqvimlə 17 dey günü Rza Xan təhsilini başa vurmuş qızların toplantısında hicabın ləğvi ilə bağlı rəsmi bəyanat verdi. Şahın məmurları küçələri dolaşır, qadınların çadrasını zorla başından açırdı... Beləcə, xalq şah sülaləsinin xəyanətkarlığına əmin olaraq İslam inqilabı yolunda hərəkata başladı.
Maraqlıdır ki, İranda rüsvayçı hicab qadağasının ildönümü günü Azərbaycan mətbuatı xoş bir xəbər yaydı: “Ölkə başçısı Milli Məclisdən hicabla bağlı yaranmış problemlərin aradan qaldırılması və əhalinin narazılığını nəzərə alaraq çıxış yolunun araşıdırılıb tapılması üçün müzakirələrin aparılmasını tələb edib.” (Faktxeber)
Nə dərəcədə düz olduğunu bilmirik. Amma müsəlman xalqa qarşı süni maneələrin aradan qaldırılmasına sevinməmək olmaz. Kaş ki düz olsun!
Amma belə bir müsbət addım atılarsa, hakimiyyət və bu yolda çalışanlar kimsəyə minnət qoymamalıdır. İslam qanunlarına itaət hamının, o cümlədən dövlət başçılarının ilahi vəzifəsidir. Atatürk və Rza Xan kimilərinin simasında ilahi hökmlərə qarşı çıxanların aqibəti tarixə əbədilik həkk olunub. Xalqın etiqadı ilə vuruşanlar dünyada onun nifrəti, axirətdə Allahın əzabı ilə üzbəüzdür!

Babək Təbrizli  

  • Yazılıb
  • da (də) 2011 Jan 08