Azərbaycan Respublikası prezidenti İlham Əliyevin ölkə məktəblərində hicab qadağasının ləğvinə dair müvafiq qurumlara tapşırıq verməsi xəbəri öz təsdiqini tapmayıb
Azerbaijan servsi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin ölkə məktəblərində hicab qadağasının ləğvinə dair müvafiq qurumlara tapşırıq verməsi xəbəri öz təsdiqini tapmayıb. Daha öncə xəbər verilmişdi ki, prezident İlham Əliyev Milli Məclisə müraciət edərək ölkədə orta məktəblərdə yaranan hicab probleminin müsbət həll edilməsi üçün tapşırıq verib: “Azərbaycan Təhsil Nazirliyinin ölkədə yaratdığı süni hicab problemindən yarana biləcək ciddi və kütləvi etirazlarınqarşısını almaqdan ötrü, ölkə prezidenti İlham Əliyev ölkə parlamenti və müvafiqorqanlara bu barədə göstəriş verib. Ölkə başçısı həmçinin Milli Məclisdən yaranmış problemlərin aradan qaldırılması və əhalinin narazılığını nəzərə alaraqçıxış yolunun araşıdırılıb tapılması üçün müzakirələrin aparılmasını tələb edib.”
Lakin Bakıdan müxbirimizin verdiyi məlumata görə, bu xəbər rəsmi dövlət orqanları tərəfindən təkzib olunub. Hazırda hicab qadağası ölkə məktəblərində qüvvədə qalmaqda, hicablı şagirdlər dərsə buraxılmamaqdadırlar.