Tarix : 2011 Jan 08
Kod 20563

''Misirdəki terroru MOSSAD törədib''

Misirdə 21 nəfərin ölümünə səbəb olan kilsənin partladımasının arxasında İsrail dayanır
Beynalxalq servisi/Aran agentliyi

Bu barədə Livanın Ali Şiə İslam Şurasının vitse-prezidenti şeyx Əbdüləmir Kablan bəyanat verib. Kablan deyib: "Terror aktı əsl sionist dəst-xəttiylə həyata keçirilib. Sionistlər digər dinlərin ibadətgahlarını məhv etməyə adət ediblər. Bu, dini dözümsüzlük və qarşıdurma yaratmağa səy göstərən sionizmin maraqlarına cavab verir". Qeyd edək ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və MOSSAD müxtəlif terror aktları törətməkdə ifşa ediliblər. Belə ki, 2010-cu il sentyabrın 3-də bu terror təşkilatları Pakistanın Kvetta şəhərində Fələstinin işğalına etiraz edən şiələrin yürüşündə partlayış törətmişlər. Nəticədə 54 nəfər həlak olmuşdur. Yəməndə isə "Yəmənin İslam Cihadı" terror təşkilatını yaratmaqlarına və ABŞ səfirliyində 18 nəfərin ölümüylə nəticələnən partlayış törətdiklərinə görə MOSSAD-ın 3 xəfiyyəsi edam edilmişdi.

  

  • Yazılıb
  • da (də) 2011 Jan 08