Tarix : 2011 Jan 08
Kod 20565

Salman Rüşdü ''Şeytan ayələri''nə qarşı

Salman Rüşdü, bu günə qədər Türkiyədə dərc olunmamış ''Şeytan ayələri'' romanının İnternet vasitəsiylə yayılmasına qarşı olduğunu açıqlayıb
Beynalxalq servisi/Aran agentliyi

Rüşdü bunun baş verəcəyi təqdirdə qanunların pozulması anlamına gələcəyini və piratlıq olacağını bildirib. Hind əsilli ingilis yazarın, türk mediasının bu mövzudakı suallarını cavablamaq məqsədiylə qələmə aldığı məktubunda deyilir:

“Romanımın türkcəyə çevrilib çap ediləcəyi xəbərləri məni narahat edir. Naşirin kim olduğunu heç bilmirəm də. Bu naşirin nə mənimlə, nə də məni təmsil edən menecerlərimlə bir razılaşması yoxdur. Bu səbəbdən də “Şeytan ayələri”nin çap edilməsi qeyri-rəsmi və qeyri-qanuni olacaq. Amma qanun çərçivəsində romanın nəşr edilməsi mümkündür. Belə bir əməkdaşlığı bəyənirəm”.

Bu açıqlamanı verməklə, Rüşdü sırf kommersiya məqsədləri güddüyünü və romanının çap edilməsinə görə mümkün qədər çox para qazanmaq niyyətində olduğunu nümayiş etdirib.

Xatırladaq ki, “Şeytan ayələri” romanında Peyğəmbəri (s) təhqir etdiyinə görə mərhum İmam Xomeyni Salman Rüşdü barəsində ölüm fətvası vermişdi.

  

  • Yazılıb
  • da (də) 2011 Jan 08