Tarix : 2011 Jan 08
Kod 20572

AİP sədri terror hazırlayırmış?

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının (AİP) fəallarının saxlanması ilə bağlı məlumat yayıb
Azerbaijan servsi/Aran agentliyi

Bakı şəhərBaş Polis İdarəsi (BŞBPİ) rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslamPartiyasının (AİP) fəallarının saxlanması ilə bağlı məlumatyayıb.

BŞBPİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AİPsədri Mövsüm Səmədov tərəfindən terror aksiyası hazırlanması barədə BŞBPİ-yədaxil olmuş məlumat əsasında yanvarın 7-də həyata keçirilən əməliyyat tədbirləriilə sonuncu Nərimanov rayonu ərazisində avtomobillə hərəkət edərkən saxlanılıb. Bu zaman M.Səmədov və avtomobildə olan sərnişinlər polis əməkdaşlarının qanunitələblərinə tabe olmayaraq müqavimət göstəriblər.

Saxlanılaraq Nərimanovrayon Polis İdarəsinə gətirilən Mövsüm Səmədov, onunla birlikdə olan VaqifAbdullayev, Elçin Həsənov və Hüseyn Kazımov barəsində rayon məhkəməsi tərəfindəninzibati həbs-tənbeh tədbiri tətbiq edilib.

Hazırda Mövsüm Səmədovunhakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilərespublikada ictimai asayişin pozulmasına yönəlmiş terrorçuluğa hazırlıq və beləhərəkətlərin törədiləcəyi ilə hədələməsi faktının araşdırılması üzrə zəruriəməliyyat tədbirləri aparılır.

Xatırladaq ki, dünən axşam saatlarındapartiyanın qərargahından evə gedərkən həbs olunan Mövsüm Səmədovla ilə birgə, İslam Partiyasının müavini Vaqif Abdullayev və sürücüsü Mirhüseyn Kazımovsaxlanılıb. Qeyd edək ki, partiya sədri həbs olunarkən onunla birgə olan ElçinHəsənov da polis tərəfindən saxlanılıb.
Islam-azeri.az

  • Yazılıb
  • da (də) 2011 Jan 08