dünən axşam saatlarında partiyanın qərargahından evə gedərkən həbs olunan Mövsüm Səmədovla birgə, İslam Partiyasının sədr müavini Vaqif ...
Azerbaijan servsi/Aran agentliyi
Xəbərverildiyi kimi, dünən axşam saatlarında partiyanın qərargahından evə gedərkənhəbs olunan Mövsüm Səmədovla birgə, İslam Partiyasının sədr müavini VaqifAbdullayev , ilahiyyatç alim Elçin Həsənov partiyanın sürücüsü Mirhüseyn Kazımovvə Türkiyə vətəndaşı ilahiyyatçı alim Bülent Abdinoğlu saxlanılıb.
Artıqonlara qarşı irəli sürülən ittihamlar da məlum olub.
Bu barədə məlumatıİslam-Azeri.az İnternet qəzetinə Azərbaycan İslam Partiyasının mətbuatxidmətinin rəhbəri Hacı Akif Heydərli verib.
Hacı Akifin bildirdiyinəgörə, Türkiyə vətəndaşı Bülənt Abdinoğlu məhkəmənin qərarı ilə 20 manat cəriməolunaraq sərbəst buraxılıb. Digər həbs olunanlara İnzibati Xətalar Məcəlləsinin310.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəvəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə hökm oxuyublar: Hacı Mövsüm Səmədova 13 sutka, Hacı Elçin Həsənova13 sutka, Seyyid Hüseyn Kazımova 11, Hacı Vaqif Abdullayevə 15sutka.
Həbs olunanlardan yalnız AİP sədri Hacı Mövsüm Səmədov hazırdaBinəqədi rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında yoxdur. Qanuna görə o, 24 saata kimi ora aparılmalıdır. Partiyanın mətbuat katibi onunMTN-də olduğunu bildirib.
Hacı Akif həmçinin, bazar ertəsi vəkiləmüraciət edəcəklərini önə çəkərək həbs olunanların müdafiə komitəsininyaradılacağını istisna etməyib.
İslam-Azeri.az