Tarix : 2011 Jan 08
Kod 20576

Gəncədə dindarların kütləvi həbs xəbəri yayıldı

Gəncədə dindarlar kütləvi surətdə polisə dəvət edilir.Onların içində bəzilərinə artıq həbs cəzası verilib
Azerbaijan servsi/Aran agentliyi

Gəncədədindarlar kütləvi surətdə polisə dəvət edilir.Onların içində bəzilərinəartıq həbs cəzası verilib. Bu barədə İslam-Azeri.az İnternet qəzetinəGəncə şəhərinin inanclıları məlumat verib.
Məlumatda bildirilir ki, çoxsayda inanclı polis tərəfindən idarəyə aparılıb.
Polis AİP sədrinin həbsiilə bağlı etirazın edilib edilməməsilə maraqlanıb və dindarlara bu məsələdəsakit oturmağı məsləhət görüblər.
Verilən məlumata görə, artıq 30-40nəfər polis idarəsinə dəvət edilib və dindirilib, onlardan 3 nəfərə bir neçəsutkalıq həbs cəzasıveriblər.


İslam-Azeri.az

  • Yazılıb
  • da (də) 2011 Jan 08