Tarix : 2011 Jan 08
Kod 20591

AİP sədrinin qohumları niyə həbs edildi?

Azərbaycan Daxili İşlər Nazirliyi İslam Partiyasının sədri Mövsüm Səmədovun həbsi ilə bağlı açıqlama yayıb
Azerbaijan servsi/Aran agentliyi

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Mərdan oğlu Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı DİN-ə daxil olmuş məlumatlar əsasında cari il yanvarın 8-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Dəyanət Səmədovun işlədiyi, Mərdan Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu və içərisində dini radikalizmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanaraq götürülüb. Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılıblar.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

 

  • Yazılıb
  • da (də) 2011 Jan 08