Azərbaycan servisi/Aran agentliyi
Hacı Zülfüqar Mikayılzadənin barəsində məhkəmə hökmünü öyrənmək məqsədilə Abşeron rayonunun Məhkəməsinin binası önündə gözləyən bir neçə dindar polis tərəfindən gözaltına alınıb.
Şahidlərin bildirdiyinə görə polis tərəfindən saxlanılanlar arasında "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov da var.
Bununla bağlı "Milli-Mənəvi Dəyərlər" İ.B-nin mətbuat xidmətinin rəhbəri Hacı Raminlə əlaqə saxladıq. O hələlik bu xəbəri dəqiqləşdirdiyini və hazırda Hacı Mehdi ilə əlaqə saxlaya bilmədiyini önə çəkib.
12:37 İndi əldə etdiyimiz məlumata görə, Hacı Mehdi Abşeron rayonunun polis idarəsinə aparılıb.
***
17:29 Xəbər verildiyi kimi, bu gün "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov həbs edilərək, Abşeron rayonu polis idarəsinə aparılıb. Məlumata görə, artıq Hacı Mehdi məhkəmə qarşısına çıxarılıb və ona hökm oxunub. O, 11 sutka həbsə məhkum edilib.
FaktXeber.com