Tarix : 2011 Jan 09
Kod 20602

XALQIN NAMUSLU VƏ VƏTƏNİNİ SEVƏN OĞLUNA BÖHTAN ATMAYIN!

.
Azərbaycan servisi/Aran agentliyi

O kəslər ki, xalq onlara: "Camaat (bir dəstə zalım)   sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!" - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!" - deyə cavab verdilər. (Ali İmran surəsi 173)

 Bu gün məlum oldu ki, müsəlman xalqımızın ən mömin, qeyrətli, namuslı və müsəlman xalqını və Vətənin sevən İslam alimlərimizdən biri höccətül-İslam vəl-müslimin Hacı Mövsüm Səmədovun üzərinə “böhtan” atılmaqla həbs olunmuş və rəsmi açıqlamalara görə ona cinayət işi açılmışdır. Hadisənin kökü isə, mömin və qeyrətli İslam alimi və İslam partiyasının sədrinin müsəlman xalqımızın dini atributlarını və xüsusilə da, son günlərdə müsəlman xalqımızın adına ləkə gətirən “öprək qadağası” oyununa qayıdır. Hər bir imanlı və Allaha məhəbbəti olan müsəlman kimi Hacı Mövsüm də öz nəzərini bu haqda bildirmiş və məlum olur ki, Hacının sözləri kimlərinsə xoşuna gəlməmişdir. O səbəbdən, Hacının səsini, haqq sözü deyənlər arasından müvəqqəti də olsa kəsməkdən ötrü dövlət məmurları, dövlətə və xalqın adına ləkə
 gətirən belə bir işə əl atmışlar.

    Amma biz ruhanilər, dinin və xalqımızın mənəviyyatının keşiyində dayananlar bu böhtan və qurma hadisələri çox gözəl şəkildə başa düşür və belə proqaramların arxasında kimlərin və hansı xarici sifarişlərin dayanmasını açıqcasına bilirik.

   Azərbaycanın əsas qanunu sayılan konstitusiyasına əsasən, dövlətinin bu güngü vəziyyətində əsas vəzifələrindən biri, müsəlman xalqımzı “ağzımızın içinə girən” erməni düşmənlərinin növbəti həmləsinə hazırlaşdırmaqdan ötrü müsəlman xalqın var qüvvəsindən istifadə etməklə, Vətən torpaqlarının azad olmasına həm ruhi, həm mənəvi və həm də maddi cəhətdən hazırlaşdırmaqdır.  Bu vəzifə ilk növbədə ölkənin prezdentinin öhdəsinə düşür. Bu haqda konstitusiyada oxuyuruq: “Prezident... Azərbaycan dövlətinin müstəqilliyinin və ərazi bütövlüyünün... təminatçısıdır” (maddə 8, hissə 3). – Hacı Mövsüm  qardaşımız dövlət başçısına əsas qanunumuzun bu maddəsini çatdırmaq istəyirdi və onu bu maddəni dilinə gətidiyinə görə belə ağır ittihamla həbs ediblər və haqq səsini boğmaq istəyirlər. Dövlət məmurları 
 konstitusiyaya əsasən, bu qanuna əməl etməli və müsəlman xalqımızın potensial qüvvəsindən istifadə edib, 20 ilə qədər düşmən ayağı altında inildəyən müqəddəs torpaqlarımızı azad olunması yolunda Hacı Mövsüm kimi şəxsiyyətlərdən səmərəli istifadə etməli və Vətən yolunda şəhadət və iman yolunu tutumalı idi. Amma ona qarşı, onun partiyasına və haqq sözələrinə qarşı planlar çızılır. Bu məsələni müsəlman xalqımız bilməlidir. Bu əməl, Hacı Mövsümün timsalında bütün xalqa qarşı ən böyük xəyanət sayılır. Düşməni sevindirən və düşmənin ən çox qorxduğu bir şəxsiyyətdən, Vətənin qorumasında ən böyük bir mənəvi yükü öhdəsinə alan, İslam partiyasının sədrindən dövlət məmurları neçə istifadə edirdər? Budur bizim “ - vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq,  xalqın iradəsinin ifadəsi kimi qanunların
 aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, (görəsən, bu müsəlman xalqın öz dininin atributlarına əməl etməsi (örpək və s... və qoruması xalqın ifaəsindən sayılmır? müəllif.) - ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək; (konstitusiyadan statlar)”

    Görəsən, dövlətin və dövlət məmurlarının yadından çıxıb ki, konstitusiyada belə bir maddə yazılıb ki: “Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.” (konstitusiya 16-cı maddə, 2) 

   Görəsən, Hacı Mövsüm kimi alim və qeyrətli qardaşlarımızın müdafiə etdiyi “örpək” və İslam atributları “xalqın tarixi, maddi və mənəvi irsi” – və hazırda əsas prinsiplərindən sayılmır?! Kimləri aldadırıq? Özümüzü ya xalqı?!!! Konstitusiyada yenə də oxuyuruq: “Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.” (konstitusiya, 17-ci maddə, 3) Görəsən,  konstitusiyada yazılmış bu maddəyyə əsasən, təhsil naziri, qız uşaqlarının başlarını zorla açımaqla onların mənəviyyatını qoruyur ya xarab edir?!!!...görəsən, dövlət məmurları kostitusiyada bu qanunu oxumayıblar: ”Şərəf və ləyaqətin müdafiəsi hüququ; Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır; Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin
 ləyaqətinin alçaldılmasına əsas verə bilməz.”  (konstitusiya, 46-cı maddə, 1,2,3).

     Hacı Mövsün qardaşımız həm müsəlman xalqımızın şərəf və ləyaqətini və həm də özünün etiqadının müdafiəsinə qalxan bir şəxsiyyətdir. Belə bir şəxsə hər böhtan yaraşmaz. Bu haqda, cinayət məcəlləsində də lazımı qanunlar var. Məmur özbaşnalığına son qoymağın vaxtı çatıb. Görəsən, bu qanun kimlərdən ötrüdür: (cinayət məcəlləsi)  “Qanunsuz olaraq tutma, həbsə alma və ya həbsdə saxlama; (Maddə-292.1.) Bilə-bilə qanunsuz tutma - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; (maddə- 292.2) Bilə-bilə qanunsuz həbsə alma və ya həbsdə saxlama - iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; (maddə -
 292.3) Bu Məcəllənin 292.1 və ya 292.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda -dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; (Maddə 293.) İfadə verməyə məcbur etmə; 293.1. Prokuror, müstəntiq və ya təhqiqatçı tərəfindən və ya onların təhriki ilə dindirmə zamanı hədələməklə, şantajla, ləyaqəti alçaltmaqla və ya sair qanunsuz hərəkətlər tətbiq etməklə şübhə edilən şəxsi, təqsirləndiriləni, zərərçəkmiş şəxsi, şahidi ifadə verməyə, habelə eksperti rəy verməyə məcbur etmə - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 293.2. Eyni əməllər işgəncə verməklə törədildikdə - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

     Amma, bütün müsəlman xalqımız bunu da bilməsi zəruridir ki, Azərbaycanımızda bu günlərdə rəsmi şəkildə əvvəldə, İslamın atrubutlarına qarşı mübarizə və daha sonra din alimlərinə qarşı represiya, təhqirlər, böhtanlar kampaniyası başlayıb. Ümidvaram, xalqımız öz dinin, etiqadını, Vətənini və İslam alimlərini lazımınca qoruyacaq və Allah-taala dərgahında bu imtahanlardan üzü ağ çıxacaq!

  Amma, dövlət məmurlarının diqqətinə  yuxarıdakı ayənin mənasını bir az açıqlamaq istərdim. O da budur ki, Vətənin, dinin, müsəlman xalqının mənəviyyat, qeyrət və namusunun keşiyində duran Hacı Mövsüm və onun kimi Vətəndə və Vətəndən uzaqlarda elm, mənəviyyat və kamillik ardınca olan Quran və Əhli-Beyt (ə) yolunu özlərinə örnək tutmuş din alimlərini belə həbslər, qadağalar və hədələrlə öz tutduqları yoldan qəti çəkindirmək olmaz. Bu mövzuda sizlərə dərindən düşünmək, tarix səhifələrinə müraciət etmək, ağsaqallar və ağbirçəklərlə məsləhət və məşvərətləşmək lazımdır.

    Quran və Əhli-Beyt (ə) məktəbinin yolunu tutmuş müsəlman xalqımız, alimlərimiz və ziyalılarımız bu məktəbin Vətəni sevmək, haqqı açıq demək, zəlaləti qəbul etməmək, müsətəqillik və azadlıq prinsiplərini əsas tutumaqla, tarix boyu ən ağır imtahanlardan üzü ağ çıxmış və Allah-təalanın köməyi ilə Vətənin belə ağır şəraitində yenə də üzü ağ çıxacaqlar! İnşallah!  Və bu yolda Hacı Mövsüm kimi alim və mömin şəxsiyyətləri qorumaq hər birimizə vacibdir!

    Gəlin yaxşı-yaxşı fikirləşəyin və Vətənin bu çətin vəziyyətində müsəlman xalqımzın mənəviyyatının qorumasına çalışağın!  Xalqın onsuz da həddən artıq çətinliklərinə mənəvi çətinlikləri də əlavə etməyək və nəhayət, gəlin Vətəni Kərbəla səhrasına çevirməyək!



FakXeber.az
 Faiq Vəlizadə

  

  • Yazılıb
  • da (də) 2011 Jan 09