Azərbaycanın tanınmış ruhanisi, Quran hafizi ilahiyyatçı Höccətülislam vəl muslimin Hacı Zülfüqar Mikayılzadə dünən axşam Abşeron rayonu Polis İdarəsinə aparılıb
Azərbaycan servisi/Aran agentliyi
Xəbər verildiyi kimi, Azərbaycanın tanınmış ruhanisi, Quran hafizi ilahiyyatçı Höccətülislam vəl muslimin Hacı Zülfüqar Mikayılzadə dünən axşam Abşeron rayonu Polis İdarəsinə aparılıb. Daha sonra isə o, bu gün Abşeron rayonu Məhkəməsi qarşısına çıxarılıb.
İslam-Azeri.az İnternet qəzeti daha öncə Hacı Zülfüqar barəsində məhkəmənin 5 sutka həbs qərarı çıxardığını xəbər vermişdi.
Lakin son dəqiqləşdirmələrdən sonra bəlli olub ki, Höccətülislam vəl muslimin Hacı Zülfüqar Mikayılzadə 10 sutka həbsə məhkum edilib.
Quran hafizi ilahiyyatçı Höccətülislam vəl musliminə qarşı İnzibatı Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə (xırda xuliqanlıq) ittiham irəli sürülüb.