Tarix : 2011 Jan 09
Kod 20606

AİP sədrinin birinci müavini və mətbuat katibi həbs olundu

Azərbaycan İslam Partiyasının sədr müavini Elçin Manafova 10 sutka həbs cəzası verilib
Azərbaycan servisi/Aran agentliyi

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun həbs edilməsindən sonra ölkədə dindarların kütləvi həbsi başlayıb. Müxtəlif ittihamlarla ölkədə inanclı şəxslər, partiya mənsubları, təşkilat sədrləri, ilahiyyatçı alimlər bir-birinin ardınca həbs olunur. İlahiyyatçı Zülfüqar Mikayılzadənin, Mənəvi Dünya İctimai Birliyinin sədri Şahin Həsənovun və Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Mehdi Məmmədovun ardınca AİP sədrinin birinci müavini Elçin Manafovun da saxlanıldığı məlum olub. "FaktXeber"- internet qəzetinə Elçin Manfovun ailəsi tərəfindən daxil olan məlumata görə, Mövsüm Səmədovun birinci müavinin bu gün günorta saatlarında Kubinkadakı evindən aparlıdığı bildirilib. Şəhər məhkəməsinə aparılan Elçin Manfovu, məhkəmə 10 sutka müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, Azərbaycan İslam Partiyasının Mətbuat Xidmətinin rəhbəri Akif Heydərlinin də polis tərəfindən həbs olunduğu bildirilir. AİP funksionerlərinin bildirdiyinə görə, dünən partiyanın qərargahında olarkən evində axtarış aparılması barədə məlumat alan Akif Heydərli, yaşadığı Binə qəsəbəsinə yollanıb və dünəndən onun barəsində heç bir məlumat yoxdur.

Azadxeber.az  

  • Yazılıb
  • da (də) 2011 Jan 09