Tarix : 2011 Jan 09
Kod 20615

NÖVBƏTİ KİMDİR?!

Doktor Mövsüm Səmədov, ilahiyyatçı alim Zülfüqar Mikayılzadə, təşkilat sədri Mehdi Məmmədov, imam-cümə Şahin Həsənli...
Azərbaycan servisi/Aran agentliyi

Ekspertlərin 2011-ci il Azərbaycan üçün verdiyi proqnozlar özünü doğrultmağa başlayıb. Dini kəsimə qarşı represiyanın olacağını deyənlərin sözlərinin gerçəkləşməsini çox gözləmək lazım olmadı. 2011-ci ilin ilk iki həftəsi həbslərlə yadda qaldı. Ölkənin ən nüfuzlü din xadimləri ardıcıl olaraq həbs edildilər. İctimai-siyasi həyatda kifayət qədər tanınmış ziyalı, dindar və ictimai təşkilat və partiya liderləri ardıcıl olaraq həbs olunmağa başladılar. Doktor Mövsüm Səmədovun ölkə hakimiyyətini tənqid edən çıxışı bütün prosesləri sürətləndirdi. İndi hamını bir sual maraqlandırır. Həbslərin növbəti hədəfi kimdir?! Artıq ölkə mediası dindar ovundan, bu ovun kimlərin marağında olmasından yazır.

 

Dünya mediasında belə maraqla izlənən Azərbaycandakı proseslərə nədənsə yerli ictimai-siyasi təşkilatlar, insan haqlarının müdafiə komitələri münasibət bildirmir. Bu arada, İslam-Azəri internet qəzetinin verdiyi məlumata görə Türkiyənin çox tanınmış "MAZLUMDER" adlı insan haqlarının müdafiə təşkilatı Azərbaycandakı son həbslərə münasibət bildirib və bu həbsləri kəskin pisləyib. Təşkilat bu həbsləri demokratiya adına zidd olduğunu bildirib

  • Yazılıb
  • da (də) 2011 Jan 09