Tarix : 2011 Jan 10
Kod 20617

Müsavatdan gedənlər ABŞ səfirliyində olublar

Müsavat Partiyasının sabiq funksionerləri Qabil Hüseynli və Adil Qeybulla ABŞ-ın Azərbaycandakı səfirliyində olublar
Azərbaycan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Müsavat Partiyasının sabiq funksionerləri Qabil Hüseynli və Adil Qeybulla ABŞ-ın Azərbaycandakı səfirliyində olublar.

Bu barədə APA-ya Qabil Hüseynli məlumat verib. O, səfirliyin iki müşaviri ilə qısamüddətli görüş keçirdiklərini bildirib: “Partiyadan ayrılmağımızın səbəbləri barədə bir-iki sual verdilər, biz də cavablandırdıq”.

Xatırladaq ki, Qabil Hüseynli və Adil Qeybulla bu il yanvarın 4-də partiyadan istefa veriblər.

 

“Aran” İA 

  • Yazılıb
  • da (də) 2011 Jan 10