Mövsüm Səmədovun Qubada öz qohumlarına hansısa tapşırıqlar verməsi və ya onun evindən avtomat silahların patronlarının tapılması gülüncdür
Azərbaycan servisi/Aran agentliyi
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı: "Mövsüm Səmədovun Qubada öz qohumlarına hansısa tapşırıqlar verməsi və ya onun evindən avtomat silahların patronlarının tapılması gülüncdür"
Azərbaycanda son bir neçə gündə iki partiya sədrinin və ilhaiyyatçı alimlər də daxil olmaqla 50-a yaxın inanclı şəxsin həbs olunması ölkədə rezonans yaradıb. Məsələ ilə bağllı Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya müraciət etdikdə, o da istənilən halda kütləvi həbslərə qarşı olduğunu söylədi. Afif Nağı FaktXeber.com saytına verdiyi münasibətdə, Mövsüm Səmədovun həbs olunması və ona qarşı terrora, asayişin pozulmasına hazırlıq ittihamlarının irəli sürülməsini gülünclə qarşıladığını bildirdi. “Həqiqətən də inanclı insanlara qarşı atılan bu addımlar anlaşılan deyil. Mən bilirəm ki, AİP sədri Mövsüm Səmədov başda olmaqla, saxlanılanların əksəriyyəti süni uydurma ittihamlarla həbs olunub və qarşı tərəfdən də məsələ ilə bağlı aydın mövqe ortaya qoyulmayıb. Mövsüm Səmədovun Qubada öz qohumlarına hansısa
tapşırıqlar verməsi və ya onun evindən avtomat silahların patronlarının tapılması gülüncdür. Əslində bu addım müəyyən siyasi qurumlara divan tutmağa hesablanıb. Bir müddət əvvəl hicab məsələsi ortaya atıldı və bu məsələ ətrafında kifayət qədər qarşıdurma yarandı. Mövcud hakimiyyət bu cür problemləri yaratmaqla, ölkədəki çəkisi olan şəxsləri aradan qaldırmaq istəyir"-deyə QAT sədri söyləyib.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı əlavə olaraq qeyd edib: "Hakimiyyətin attıdğı bu addımlar onların özlərinin bəyan etdiyi demokratik və haqq-ədalət prinsiplərinə qətiyyən uyğun gəlmir. Ölkədə dindarların müxtəlif bəhanələrlə həbs olunması, hakimiyyətin yalnış yolda olduğunu göstərir. Bu addmlar dövlətçilik prinsiplərini də al-üst edir. Kimlərisə həbs etməklə, nəyəsə nail olmaq mümkün olmayacaq. Biriləri həbs olunacaq, onların yerinə başqaları gələcək. Hakimiyyət nəhayət bu siyasətindən əl çəkməlidir”.