Hicablı şagirdlərin valideyinlərinə Qafqaz Müsəlmanları İdarəsindən bildirmişlər ki, tezliklə məsələ öz həllini tapacaq
Azərbaycan servisi/Aran agentliyi
Artıq iki aydır ki, hicablı şagirdlər orta məktəblərdə təhsil almaq hüququndan məhrum edilmişlər. Bu səbəbdən yanvar ayının 10-u bir qrup valideyin məktəb yaşlı uşaqları ilə birgə Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə ilə görüşmək üçün idarənin önündə toplaşmışlar. İnanclı valideyinlərin əsas məqsədi QMİ sədri ilə görüşüb onu məktəblərdə hicablı şagirdlərlə bağlı yaranmış acınacaqlı vəziyyətlə tanış etmək və ondan bu məsələyə öz köməkliyini göstərməsini istəmək olub, deyə salamnyus xəbər verir.
QMİ rəsmilərindən biri inanclı valideyinləri qəbul edərək onlara bildirmişdir ki, Qafqaz Müsəlmanlar İdarəsi başda Hacı Allahşükür Paşazadə olmaqla inanclı insanların problemləri ilə yaxından maraqlanır və bu problemin tezliklə aradan qalıdırılması istiqamətində işlər aparırlar. Valideyinlər bildirmişlər ki, idarədən tez bir zamanda sivil qaydalar çərçivəsində məsələnin həll edilməsinə onlara söz vermişlər.