Qafqaz Müsəlmanları İdarəsinin bugünkü bəyanatında İlham Əliyev habelə onun atasının Az. R-na hakim kəsilmələrini İlahi istək və nemət adlandırıb ...
Azərbaycan servisi/Aran agentliyi
Az. R-nın Qafqaz Müsəlmanları İdarəsi(QMİ) bu ölkənin orta məktəblərində hicabın qeyri-qanuni olaraq qadağan edilməsi haqda təqribən bir ay sükutdan sonra bir bəyanat yayaraq hicabın qadağasına etiraz edənlərdən olan İslam Partiyası sədrinin həbs edilməsini himayə edib.
Qafqaz Müsəlmanları İdarəsinin bugünkü bəyanatında İlham Əliyev habelə onun atasının Az. R-na hakim kəsilmələrini İlahi istək və nemət adlandırıb və İslam Partiyasının qeyri-qanuni olmasını irəli sürülərək qeyd edilən partiya sədrinin Az. R. dövlətinin anti-din siyasətlərini tənqid etmək üzrə son sözlərinə hücum edilib.
Bu bəyanatda həmçinin Az. R-da vahid məktəbli formasının icrası bəhanəsi ilə minlərlə hicablı məktəblinin təhsildən məhrum edilməsinə işarə edilmədən bildirilib : Möminlər bilməlidirlər ki, dövlət tərəfindən hicaba qarşı qadağa tətbiq edilməyib və İslam Partiyası sədri kimi şəxslərin tənqidləri bir bəhanədir .
Bu bəyanatda Az. R-da İslamla mübarizə, habelə hicabla mübarizənin geniş cəhətlərinə işarə edilmədən İlham Əliyev hər bir Azərbaycan vətəndaşının din və vicdan azadlıqlarına zəmanət vericisi sayılaraq deyilir: Din və dövlət arasındakı əlaqələri tənzimləmək , dini dəyərlər və abidələrə diqqət yetirmək prezidentin diqqət mərkəzində olub.
Məzmunu Az. R-nın Daxili İşlər Nazirliyinin İslam Partiyasına qarşı bəyanatından daha sərt olan bu bəyanatda İslam partiyası sədrinin hazırkı İslamla mübarizə hərəkətlərini Yezid dövrü ilə müqayisə etmək üzrə sözləri fitnə əməli kimi xarakterize edilib.
Bu bəyanatda Az. R-nın təhsil nazirinin orta məktəb şagirdlərinin hicablarını qeyri-adi adlandırması üzrə təkrar sözlərinin fitnə törətməklə əlaqədar olub olmadığına heç bir işarə edilməyib .
Son həftələr ərzində Az. R-nın orta məktəblərində hicabın qeyri-qanuni olaraq qadağan edilməsinə qarşı xalq etirazları ilə eyni zamanda müsəlmanların Qafqaz Müsəlmanları İdarəsinin İslamla mübarizə üzrə hərəkətlər qarşısında passivlik nümayiş etdirməsi tənqidlə üzləşib.
Az. R-nın İslam Partiyasının sədri Hacı Möhsün Səmədov yanvar ayının ikisində hazırda Az. R-da hicabla mübarizə , məscidlərin dağıdılması və bağlanması habelə müsəlmanların həbs edilmə siyasətini Yezidin dövrünün siyasətləri ilə müqayisə edərək belə vurğulayıb : Müsəlmanlar , onların axirətinə əl uzadacaq şəxslərin qarşısında sükut etməyəcəklər və zülm qarşısında dayanacaqlar .