Azərbaycan Respublikası İslam Partiyasının sabiq sədri Daxili İşlər Nazirliyini Quba şəhərində AİP sədrinin qohumuna məxsus mağazada
Azərbaycan servisdi/Aran agentliyi
Azərbaycan Respublikası İslam Partiyasının sabiq sədri Daxili İşlər Nazirliyini Quba şəhərində AİP sədrinin qohumuna məxsus mağazada.
ifratçılğı təbliğ edən dini kitablar və silah tapdığına dair ittihamları islamçı qruplara qarşı repressiyanın genişlənməsinin əlaməti adlandırıb. İslam Partiyasının sabiq sədri Hacıağa Nuri müxbirimizlə müsahibədə AİP sədri və partiya üzvlərindən bir neçəsinin həbsini pisləyərək deyib: Bu hərəkət ictimaiyyətin diqqətini qeyri-qanuni hicab yasağından yayındırmaq və müsəlmanlara qarşı repressiyanı gücləndirmək məqsədini güdür.
Nuri ötən 20 ildə İslam Partiyasına qarşı təzyiqlərin mövcud olmasını bu partiyasının İslam dəyərlərini müdafiə etməsi ilə əlaqədə bilib və deyib: Müsəlmanları narkotik qaçaqmalçılığı və ya ifratçı hərəkətlərdə ittiham edib zindana salmaq Azərbaycan Respublikasında adi məsələyə çevrilib.
İslam Partiyasının sədri partiyanın başqa 4 üzvü və tərəfdarının polisə müqavimət göstərmək ittihamı ilə həbs edilməsindən bir gün sonra Daxili İşlər Nazirliyi bəyanat yayaraq Hacı Möhsün Səmədovu iğtişaş törətməkdə, əhalini cihada çağıraraq asayişi pozmaqda ittiham edib.
Az.R. DİN-nin bəyanatında Sovet İttifaqının ateist təbliğatına uyğun olaraq verdiyi açıqlamada iddia edilib ki, bu nazirliyin Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsinin əməkdaşları Qubada İslam Partiyasının sədrinin əmisi oğlu Dəyanət Səmədovun evindən 7 ədəd silah və dini təbliğat vasitələri aşkarlanıb.
Az.R. İslam Partiyasının sədri elə bir halda həbs olunub ki, orta məktəblərdə hicab yasağına qarşı etirazlar dövlət orqanlarının cidd-cəhd göstərməsinə baxmayaraq ölkəni bürüyüb və artmaq halındadır.
Bundan öncə İslam Partiyasının mətbuat katibi Akif Heydərli respublikada islami-milli dəyərlərin müdafiəsi ilə bağlı deyib: AİP-in İslam dəyərlərini müdafiə etməsi bəzi dairələri qıcıqlandırdı. Ona görə də partiyaya qarşı hücum başlanıbdır.
Az.R-da sionsit rejimin xərçəngvari nüfuzu, o cümlədən ötən il iyul ayı bu rejimin başçısı Şimon Peresin səfərindən sonra əhalinin 98%-ni müsəlmanlar təşkil edən ölkədə islamofobiya geniş vüsət almışdır.
Azan səsinin bəzi yerlərdə yasaqlanması, dini ədəbiyyatın satışına qadağa qoyulması, əzadarlıq heyətlərinin məhdudlaşdırılması, ictimai yerlərdə dini musiqilərin istehsalı və yayımının yasaqlanması, xaricdə təhsil almış tələbələrin fəaliyyətinin yasaqlanması, hərbi hissələrdə namaz qılmağa icazə verilməməsi, islamçı qrupların qeydiyyata alınmaması, hicabın qeyri-qanuni şəkildə yasqlanması, məscidlərdən bir neçəsinin dağıdılması və ya bağlanması, dini fəalların narkotik maddələrlə məşğul olmaq adı altında həbsi və digər ifratçı hərəkətlər bu qəbildəndir.
Az.R. İslam Partiyasının sədri Hacı Möhsün Səmədov yanvarın 2-də bu partiyanın qurultayında çıxış edərkən indiki anti-İslam hərəkətlərini Yezid və Müaviyə dövrünün hərəkətlərinə bənzədərək bildirmişdi ki, müsəlmanlar onların axirətinə əl uzadanların qarşısında susmayacaqlar.