Tarix : 2011 Jan 11
Kod 20645

Müsavat AXCP ilə birləşmək məsələsinə son qoyub

Azərbaycanın müxalif Müsavat Partiyasının qurultayında Xalq Cəbhəsi Partiyası ilə birləşmək məsələsi müzakirə olunmayacaq
Azərbaycan servisi/Aran agentıiyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycanın müxalif Müsavat Partiyasının qurultayında Xalq Cəbhəsi Partiyası ilə birləşmək məsələsi müzakirə olunmayacaq.

Bu barədə bazar ertəsi jurnalistlərə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıbildirib.

"Ola bilər ki, kimsə bu məsələni qaldırsın, ancaq Məclis qurultaylararası dövrdə partiyanın ali orqanıdır. Bu ali orqanda partiyanın mövqeyi Məclis üzvlərinin yekdil qərarı ilə qəbul olunub. Bu mərhələdə "Müsavat" Məclisinin qərarı AXCP-nin müraciətinə cavabdır", - Hacılı əlavə edib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyalarının birləşməsini təklif edib. Bu təklifə ilk reaksiya AXCP-dən gəlib. AXCP-nin sentyabrın 25-də keçirilən qurultayı zamanı Müsavat Partiyasına birləşmək haqqında qərar qəbul olunub.

Müsavat Partiyası da cari ilin aprel-may aylarında qurultay keçirməyi planlaşdırır.

 

“Aran” İA 

  • Yazılıb
  • da (də) 2011 Jan 11