Tarix : 2011 Jan 11
Kod 20647

İRANIN TANINMIŞ ''MÖTƏLİFƏ'' PARTİYASINDAN AİP SƏDRİNƏ DƏSTƏK

İranın tanınmış partiyalarından olan ''Mötəlifə'' partiyası AİP sədrinin tutuqlanmasını strateji səhv adlandırıb
Azərbaycan servisi/Aran agentliyi

Faktxeber.com-un “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İranın "Mötəlifə" partiyasının beynəlxalq məsələlər üzrə sədr müavini Həmidrza Tərəqqi Azərbaycanda İslam Partiyası sədrinin həbsini qəbul olunmaz adlandırıb. Vaxtilə İranda keçirilən İslam təşkilatlarının ümumi konfransında AİP sədrilə şəxsən tanış olduğunu bildirən partiya yetgilsi, AİP sədri Mövsüm Səmədovun mübariz, vicdanlı və öz vətənini sevən bir insan olduğunu vurğulayıb.O, Azərbaycan iqtidarından həbs edilənlərin tezliklə azad edilməsini istəyərək, hakimiyyətdən bu kimi strateji səhvlərə yol verməməyə çağırıb. 

  • Yazılıb
  • da (də) 2011 Jan 11