Xalq indiki hakimiyyətin siyasətindən boğaza yığılıb. Bunu da Mövsüm Səmədov dilə gətirib, onu da tutublar
Azərbaycan servisi/Aran agentliyi
Politoloq Zərdüşt Əlizadəyə görə, xalq artıq yalandan, qanunsuzluqdan, korrupsiyadan cana doyub: "Xalq indiki hakimiyyətin siyasətindən boğaza yığılıb. Bunu da Mövsüm Səmədov dilə gətirib, onu da tutublar. Ənənəvi müxalifəti əziblər, öz işləridir. Amma mən əminəm ki, onların zalım siyasəti nəticəsində möminlər siyasiləşir, bunun qabağında dura bilməyəcəklər. Sovet dövründə bir lətifə vardı ki, Xruşşov Nikolaya inqilabi şəraiti yaratdığına görə Sovet İttifaqı Qəhrəmanı adını verə bilmədi. Gün gələcək sonrakı hakimiyyət İlham Əliyevə heykəl qoymalı olacaq - heç bir elmi meyara söykənməyən siyasətilə inqilabi şərait yaratdığı üçün".
Zərdüşt Əlizadə hesab edir ki, İlham Əliyev siyasətini dəyişməlidir. Dövlət başçısı xalqla danışmalıdır, korrupsiyanı cilovlamalıdır, əks halda bu hakimiyyətə qarşı güclü dirəniş olacaq.
"Azadlıq Radiosu