Azərbaycan servisi/Aran agentliyi
Faktxeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyədə, Azərbaycanda həbs edliən dindarlarla, xüsusilə AİP sədrinin həbsi ilə bağlı müdafiə komitəsi yaranıb. “Azərbaycandakı Müsəlman Məhbuslara Dəstək Komitəsi” adlı bu komitə öz işinə başlayıb. Artıq İstanbulda Azərbaycan konsulluğu qarşısında geniş nümayiş keçirməyə qərar verən komitə, məsələnin Türkiyə ictimaiyyətində geniş yayılması ilə bağlı tədbirlər həyata keçirməyi planlaşdırıb. Verilən məlumatda bildirilir ki, həbs edilən AİP sədrinin Türkiyə dövləti səviyyəsində qardırılması barədə işlər aparılır.