Tarix : 2011 Jan 11
Kod 20654

QARABAĞ AZADLIQ TƏŞKİLATI KÜTLƏVİ HƏBSLƏRİ PİSLƏDİ

Qarabağ Azadlıq Təşkilatı Azərbaycan İslam partiyasının rəhbərlərinin, bir sıra dindarların uydurma ittihamlarla həbs olunmasını qətiyyətlə pisləyir
Azərbaycan servisi/Aran agentliyi

Faktxeber.com-un verdiyi məlumata görə, Qarabağ Azadlıq Təşkilatı Azərbaycan İslam partiyasının rəhbərlərinin, bir sıra dindarların uydurma ittihamlarla həbs olunmasını qətiyyətlə pisləyir. Bu həbs və təzyiqlər yalnız ayrı-ayrı fərdlərə qarşı deyil, İslam dininə qarşı yönəlmişdir. Bu hadisələr, həmçinin bir müddət əvvəl hicabın qadağası ilə başlanmış proseslər Azərbaycan dövlətinin dayaqlarının zəiflədilməsinə, sarsıdılmasına yönəlmişdir. İslam dini  Azərbaycanın dövlət atributlarında, bayrağında öz əksini tapmış və Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biridir. İslam dini Azərbaycan xalqının mənəvi-mədəni dəyərlərinin, əxlaq və adət-ənənələrinin, həyat tərzinin kökündə dayanır. Bu gün İslam dininə qarşı səlib yürüşlərinin yeni mərhələsi başlanmışdır. Bu yürüş xarici qüvvələr tərəfindən həyata
 keçirilir, hakimiyyətin daxilindəki bəzi qüvvələr isə bu siyasətin həyata keçirilməsində alət rolunu oynayırlar.
İslam dininə qarşı yeni səlib yürüşü təşkil edənlər bir tərəfdən Azərbaycan dövlətinin dayaqlarını sarsıtmağa, digər tərəfdən isə, Azərbaycan cəmiyyətində qarşıdurma yaratmağa cəhd göstərirlər. İşğalçı Ermənistanla üz-üzə qalan, ölüm-dirim mübarizəsində olan Azərbaycan cəmiyyəti üçün qarşıdurma və parçalanma meylləri çox ciddi fəsadlar törədə bilər. Biz hesab edirik ki, hakimiyyət bu təhlükəli siyasətdən geri çəkilməli, həbs olunmuş dindarları azad etməli, bəzi xarici qüvvələrin öz məkrli niyyətlərini Azərbaycanda reallaşdırmasına imkan verməməlidir. 

  • Yazılıb
  • da (də) 2011 Jan 11