Tarix : 2011 Jan 12
Kod 20684

AİP SƏDRİNİN SAXLANILDIĞI YER AÇIQLANIB

Yanvarın 7-də həbs olunan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun saxlandığı yer məlum olub
Azerbaijan servsi/Aran agentliyi

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, partiya sədri və onun əmisi oğlu Dəyanət Səmədov nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasındadırlar.  Bir müddətdir ki, hər iki şəxsin saxlandığı yer barədə məlumat verilmirdi. Onların vəkili Anar Qasımov yanvarın 12-də Baş Prokurorluğa, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinə məktubla müraciət etmişdi.

  • Yazılıb
  • da (də) 2011 Jan 12